Dost təbriki
Türk dümyasının sevimli şairi, professor Məmməd İsmayılı bu il ayrıca təbrik edə bilmədik. Bu bəlkə də sosial şəbəkədəki təbriklərə qoşulmağımıza görə belə alındı. Amma Saratovdakı dostumuz professor Rafail Qəribov bizim bu “səhvimizi “” xüsusi təbriklə düzəltdi və hələ biz az da bizi utandırdı.
Sevimli şairiiz Məmməd İsmayılın 80 illiyini YeniSəs-dəki salamımızla başlayırıq. Məmməd İsmayılın 80 illiyi davam edir. Və bizim onun haqqında yazımız olacaq.
Hörmətli, Məmməd müəllim!
Sizi 80 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm!
Sizə möhkəm can sağlığı arzulayıram.
Ulu Tanrı Sizə yar olsun!
İndi əlim əlinizə çatmasa da aşağıdakı
misraları səmimi qəbul edin.
OLMASA
Soyuyardı bu yer üzü,
İsti qucaqlar olmasa.
Gələcəyin görən gözü,
Körpə uşaqlar olmasa.
Bu qatar çox gedib-gələr.
Görüşümüz qalır hələ…
Çırpınmazdı könül belə
Gözdən iraqlar olmasa.
Hər damlanın nuru vardı.
Hər izin öz yeri vardı.
Sizin çaylar quruyardı,
Bizim bulaqlar olmasa.
Nə mənası dayaq olan –
Qasırğaya sınaq olan,
Gövdəsinə calaq olan,
Kövrək budaqlar olmasa.
Bu sal qaya, bu lal dərə,
Öz sirrini saxlar hərə.
Boylanmazdıq üfüqlərə
Bizdən uzaqlar olmasa.
Məğrurluq da olub peşəm…
Ələ gəlmir əldən düşən.
Sındırardı yağı düşmən,
Möhkəm dayaqlar olmasa.
Əsəblər gərilib tarım,
Zaman bizi əzir narın.
Bərkiməzdi qanadlarım,
Çətin sınaqlar olmasa!
Professor Rafail Qəribov“