Azarovun istefaya getməsi Ukraynanın “azarını”” bitirəcəkmi?”
Ukrayna höküməti itstefa etdi. İstefa ətrafında fikrilər isə müxtəlifdir.
Ukraynanın baş nasiri Nikolay Azarov istefaya göndərildi. Viktor Yanukoviç tərəfindən imzalanan fərman dövlət başçısının rəsmi saytında verilib.
Ukraynanın baş naziri istefası ilə bağlı bu gün ölkə başçısına müraciət etmişdi. “ İctimai-siyasi kompromisə gəlmədkən ötrü əlavə imkan yaradılması, konfliktin sülh yolu ilə həll olunması xatirinə mən şəxsi qərarımla Ukrayna przedentindən baş nazir postundan istefamı qəbul etməsini xahiş edirəm”—deyə hökümətin mətbat xidməti Azarovun ərizəsində belə yazdığını bildirb.
Ukrayna prezidenti Viktor Yanukoviç istefa ərizəsini qəbul edərək, baş nazir Azarovu istefaya göndərib.
Baş nazirinin istefaya getməsinin ölkədə baş verən siyasi qarşıduranı dayandırmağa necə təsir edəcəyı haqqında ukraynalı və rusiyalı ekspertlərin fikri haçalanır. Biri bunun bir neçə həftə əzində baş verən böhranın sülh yolu ilə həll olunmasına yardım edəcəyini, digəri isə indi ölkədə siyasi sabitliyin daha da azalacını bildirir.
MDB ölkələri institutunun sədr müavini, Milli hesablamalar sisteminin üzvü Valdimir Jarixin bu hadisənin niyə birmənalı qəbul olunamamsına aydınlıq gətirərək qeyd edir ki, Azarovun doğrudan da ölkədə qarşıdurmanın sülh yolu ilə həll olunmasına cəhd edtməsi müəyyən dərəcədə Yanukoviçin əl-qolunu açacaqsa, o zaman istefa edər -demişdi. Əgər bu Ukraynada vətəndaş sülhünə nail olmaq üçün vacibdirsə, o buna getməyə hazırdır”.
Jarixin bunda Azarovun şəxsi xarakterinin də böyük rol oynadığını vurğulayır. “Azarov təkcə siyasətçi deyil,o eyni zamanda iqtisadçıdır, həm də insandır. Ola bilsin ki, inciyib, çünki artıq iki gün bundan əvvəl prezident Yanukoviş Yatsenyuka baş nazir postunu təklif edəndə onu istefaya “göndərmişdi”-deyə ekspert əlavə edib.
Hətta hakim “Regionlar partiyası”sının da münasibəti yekdil deyil. Deputat Oleq Çarev baş nazirin istefaya getməsindən narahatdır: “Mən hesab eidrəm ki, indiki halda nazirlər kabinetini dəyişmək, siyasi sabitsizliyə bir də iqtisadi sabitsizlik əlavə edəcək. Bu doğru qərar deyil ”.
Eyni zamanda millət vəkili Anna German Azarovu xarakterizə edərək, onun “yetkin siyasətçı” kimi cəmiyyətin mövqeyini özünün şəxsi vəzifə mövqeyindən yüksək tutduğu qənaətindədir.
Vitali Kliçkonun başçılıq etdiyi “UDAR” müxalifət partiyası Azarovun istefasını alqışlasalar da, bunun böhranın həlli üçün yetərli olmadığını deyirlər. “Ukraynanın düşdüyü böhrandan çıxması üçün hökümətinin istefa məsələsini deyil, suallar paketi məsələsini həll etməsi lazimdir. Nazirlər kabinetinin formalaşmasında müxalifətin iştirak edib-etməyəcəyi bu suallar paketinin həllindən asılı olacaq ”-deyə “UDAR”-dan olan deputat Pavla Rozenko deyib.
Ayxan Azəroğlu
/Yenises.ru/