Hillal Məmmədova dövlətə xəyanət ittihamı elan edildi


Hillal Məmmədova dövlətə xəyanət ittihamı elan edildi
Baş redaktor əvvəlki ilə yanaşı daha iki maddə üzrə təqsirli bilinir.

Bir neçə gün əvvəl narkotik ittihamı ilə həbs olunan «Talışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı iyulun 3-də yeni ittihamlar elan olunub. Baş redaktor indi həm də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanətə) və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması etnik ayrı-seçkilik) maddələri ilə ittiham olunur.

Bu barədə “Azadlıq” qəzetinə Hillal Məmmədovun vəkili Anar Qasımlı məlumat verib. Qasımlı bildirib ki, hazırda müdafiə etdiyi şəxslə bağlı işin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. Müstəntiq Qurban Səfərovdur.

“Azadlıq”” qəzeti


Bir cavab yazın