Samara vilayəti Azərbaycanlıları Liqasından koronovirusla mübarizə tədbirlərinə dəstək
Samarada hökümət orqanlarının COVİD-19-la mübarizə və təhlükəsizlik tədbirlərində birbaşa iştirak etmək məqsədiylə Azэrbaycan diaspor təşkilatı qərargah yaratdı.
Bütün dünyanı “ağuşuna” alımış, əsrin ən qlobal bəlası olan COVİD-19 vurusunun yayılmasının qarşısını almaqdan ötrü ölkə bütünlükdə səfərbər olub. Səhiyyə işçilərinin əməyini yüngülləşdirmək, insanların virusdan qorunması və özünü izolə məqsədiylə sabahdan Rusiyada komendant saatının tətbiq edilməsi gözlənilir. Bu tarixi situasiyada müşahidəçi qalmamaqdan ötrəri Samara vilayəti Azərbaycanlılaır Liqası virusla mübarizə kompaniyasına dəstək üçün xüsusi Qərargah yaradıblar.
“EvdəQal” kompaniyasına nəzarət və yardıma ehtiyacı olanlara kömək məqsədiylə yaradılmış qərargaha LASO rəhbəri Şirvan Kərimov sədr seçilib.
“LASO idarə heyəti, Ağsaqqallar Şurasının üzvləri, eləcə də təşkilatın aktivləri bu andan etibarən qərargahın tamhüquqlu üzvləridirlər. Qərargah üzvləri Samarada yaşayan azərbaycanlılar arasında hökümət orqanlarının, Səhiyyə nazirliyinin tələblərinə riayət olunması, eləcə də şəxsi gigiyena qaydalarına əməl edilməsi ilə bağlı söhbətlər aparılması, insanları bu istiqamətdə yönlədirməsi missiyasını öz üzərlərinə götürüblər.
“ Samara vilayəti Azərbaycanlıları Liqası üzvlərindən, eləcə də Samarada yaşayan bütün azərbaycanlılardan xahiş edirəm ki, Samara vilayəti Səhiyyə nazirliyinin məlumatına əsasən, hökümətin qəbul etdiyi qərarlara uyğun olaraq hər hansı bir məsələ ortaya çıxarsa, birbaşa Qərargah üzvlərinə, eləcə də mənə müraciət etsinlər. Əmin ola bilərsiniz ki, Rusiya höküməti pandemiyanın ağır fəsadlarından xilas olmaq üçün bütün mümkün təbdirləri həyata keçirir. Hər şey bizim şəxsi sağlamlığımıza necə münasibət bəslədiyimizdən, hökümətin tələblərinə tabe olmağımızdan asılıdır”-deyə qərargahın sədri Şirvan Kərimovun müraciətində deyilir.
Qərargahdan 65 yaşdan yuxarı olan azərbaycanlıların evdə qalması israrla rica edilir və eyni zamanda ehtiyacı olanlara ərzaq və dərman almaqda yardım ediləcəyi də vurğulanır.
Şirvan Kərimov azərbaycanlı və ya qeyri millətlərin nümayəndələrinin xəstələnməsi faktı olarsa, dərhal ona məlumat verilməsini də xahiş edib.
“Biz çətin zamanlarda ehtiyacı olanlara həmişə çiynini dayaq etməsi, yardım əlini uzatması ilə tanınan bir xalqıq. Hər kəsi bu situasiyada sakitliyini qorumağa çağırır, informasiya və maddi dəstəyindən dolayı da əvvəlcədən təşəkkür edirəm”.
Onu da qeyd edək ki, Samara vilayətinin Tolyatti, Sızran, Bezençuk, Jiqulevsk, Oktyabrsk, Çapayev kimi böyük şəhərlərində, eləcə də Bolşeqluqluşitsk və Bolşeçerniqovsk rayonlarında yerli qərargahlar yaradılıb və nümayəndələr təyin olunub.
QƏRARGAH RƏHBƏRLƏRİ
Bolşeqluqluşitsk və Bolşeçerniqovsk rayonları qərargahı- Rövşən Knyaz oğlu Hüseynov
Tolyatti şəhər qərargahı- Ələsgər Ramazan oğlu Əlifov
Tolyatti şəhər qərargahı- Elnur Təhməz oğlu Kərimov
Jiqulevsk şəhər qərargahı- Rafiq Heydər oğlu Qasımov
Oktyabrsk şəhər qərargahı- Əzim Nüsrəddin oğlu Əzizov
Sızran şəhər qərargahı- Xəyal Qabil oğlu Hüseynov
Bezençuk şəhər qərargahı- Millət Şura oğlu Ağayev
Çapayevsk şəhər qərargahı- Nuşirəvan İnşallah oğlu Qabilov
Bütün ortaya çıxan məsələlərə operativ şəkildə müdaxilə və həll etmək üçün onlayn xətti 24 saat fəaliyyət göstərəcəyi də xəbər verilir.
Tünzalə Vəliqızı
Yenises.ru