Türkiyədə Rusiyaya məxsus yanğınsömdürən təyyarə qəzaya uğrayıb
Təyyarənin bortunda olan beş nəfər rus hərbiçisi və üç nəfər türk həlak olub.
Türkiyədə meşə yanğınlarını söndürmək üçün yardıma gedən Rusiyaya nəxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin bortunda olan beş rus hərbi qulluqçusunun həlak olduğu bildirilir.
Türkiyənin şənub-şərqindəki yanğınları söndürən Ruisyaya məxsus Be-200 amfibiya-təyyarəsinin dağa çırpıldığı haqqnda xəbər verilib. Təyyardə beş rus hərbi qulluqçusu və üç nəfər türk nümayəndə olub. Qəza eniş zamanı baş verib, sağ qalanın olmadığı deyilir.
Hadisə barədə Türkiyənin Anadolu agentliyi və NTV telekanalı məlumat verib. Təyyarənin qəzaya uğradığını göstərən kadrlar sosial şəbəkədə yayımlanıb.
Rusiya Müdafiə nazirliyi təyyarənin qəzaya uğraması xəbərini təsdiqləyib. Məlumatı görə hadisə Adana rayonunda baş verib. TASS-in xəbərinə görə Müdafiə nazirliyi hadisə yetinə komissiya göndərib.
Bununla bərabər Türkiyə höküməti bildirib ki, qəzanın baş verdiyi yerə axtarış- xilasetmə işləri aparmaq üçün vertalyot yönləndirilib.
Xatırladaq ki, iyulun sonunda Rusiya Türkiyəyə yanğınlaır söndürmək üçün üç Be-200 yanğınsöndürən təyyarəsi yollamışdı.
Yenises.ru