YENİ KİTAB


YENİ KİTAB
YENİ KİTAB

“Exo Moskvı” radiostansiyasının “48 dəqiqə” verilişi 2006-cı ildən etibarən müntəzəm efirə çıxır. Əsas aparıcıları radiostansiyanın baş redaktoru Aleksey Venediktov və həmyerlimiz Nərgiz Əsədova olan verilişdə xüsusi qonaq kimi digər həmyerlimiz—İTAR-TASS agentliyi baş direkrorunun müavini Mixail Qusman iştirak edir.

Müasir dünyamızın sosial-siyasi quruluş tarixçəsində əvəzsiz rolu olan 150-dən artıq dünya siyasi lideri verilişin yaranmasından keçən müddət ərzində proqramın qəhrəmanları olmüşlar. Aparıcılar qəhrəmanın portretini dövrün interyerində böyük məharətlə yaradır, maraqlı və verilişə qədər naməlum olan faktları, nadir hadisələri, dinləyicinin psixologiyasını nəzərə almaqla toplanmış materialı canlı yayımda, qızğın mükalimə şəklində təqdim edirlər.

Həmin verilişlərin böyük qismi indi Nərgiz Əsədovanın toplayıb tərtib etdiyi 639 səhifəlik kitab kimi çapdan çıxıb. Üzqabığı qara-qırmızı rəngli, içərisindəki şəkilləri ağ-qara olan “İqtidar haqqında 20 dərs” kitabı “48 dəqiqə” verilişinin tarixə şahidlik edən gözəl publisistika nümunəsi olduğunu nümayiş etdirir. Dinləyin, oxuyun, yenə dinləyin!

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir