Finlandiyalı siyasətçi icazəsiz sərhədi keçənləri güllələməyi təklif edib
Finlandiyanın “Əsl Finlər” sağçı partiyasının nümayəndəsi Yari Nalli Finlandiya ilə sərhədi qanunsuz keçən insanları güllələməyi təklif edib. Bu barədə “İltalehti” qəzeti məlumat yayıb.
“Sərhədi icazəsiz keçənlər güllələnəcək, buna son qoyulmalıdır”, – siyasətçi sosial şəbəkələrdə yazıb.
Qeyd olunur ki, Nalli daha sonra yazdıqların onun şəxsi fikrini əks etdirdiyini və siyasi çağırış olmadığını əsas gətirərək silib.
Bundan əvvəl Finlandiya sərhəd xidmətinin Rusiya ilə sərhəddə əlavə hasarlar çəkəcəyi məlum olub. Qeyri-qanuni girişin qarşısını almaq üçün nəzərdə tutulan yeni məhdudiyyətlərin dəqiq harada müəyyən ediləcəyi göstərilmir.