Fransanın səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı


 RF  Silahlı Qüvvələri Xarkovdakı əcnəbi döyüşçüləri məhv etdikdən sonra Fransanın səfiri Pyer Levi  XİN-nə çağırılıdığı haqqında Ria Novostinin müxbiri  məlumat verib. 

Yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələri Xarkovda fransız muzdlularının olduğu binaya yüksək dəqiqliklə zərbə endirib, nəticədə 60-dan çox yaraqlı öldürülüb. Daha 20 əcnəbi döyüşçünün isə Yaralı olduğu bildirilir.

RİA Novosti-nin məlumata görə, səfirin maşını Rusiya Xarici İşlər Nazirliyinin binasına yenicə gəlib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirmişdi ki, Fransa səfiri “Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkovda xarici döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinin məhv edilməsi ilə əlaqədar çağırılıb.

Fransa Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin sıralarında fransız muzdlularının olmasına dair çoxsaylı sübutlara baxmayaraq, Xarkovda onlarla fransız muzdlusunun məhv edilməsi ilə bağlı məlumatı “kobud manipulyasiya” adlandıraraq, Ukrayna bölmələrində döyüşən həmvətənlərini inkar etməyə çalışıb. Nazirlik bildirib ki, “Fransanın nə Ukraynada, nə də başqa yerdə muzdlu əsgərləri yoxdur”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir