İlham Əliyev Türkiyə ilə olan viza rejimini qaldıracağını vəd etdi
Azərbaycanın Qəbələ şəhərində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısından sonra prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirib.
Azərbaycan prezidenti İlham Aliyevə Türkiye Cümhuriyyəti vətəndaşlarına tətbiq edilən viza rejiminin tamamilə qaldırılıb-qaldırılmayacağı məsələsi ilə bağlı verilən sualın cavabında o, yaxın zamanlarda bütün türkdilli ölkə vətəndaşlarına viza rejiminin ləğv ediləcəyini bildirib.
“Bildirdiyim kimi bizim münasibətlrimiz bütün sahələrdə davam edir. Viza məsəsləsi bu gün müzakirə edildi və bu məsələnin mərhələli olaraq həll olunması qərara alındı”-deyə Azərbaycan prezidenti qeyd edib.
“Sənətçilər, iş adamları, elm xadimləri, tanınmış şəxsiyyətlərin gediş-gəlişi üçün asanlaşdıran hallar nəzərə alınıb. Bütünlükdə bunu tətbiq etmək üçün bəzi prosedurlar hələ tamamlanmayıb. Onlar tamamlandıqdan sonra bütün Türk vətəndaşları Azərbaycana vizasız gələ bilərlər. Onu bildirmək istəyirəm ki, Azərbaycanın heç bir ölkə ilə vizasız giriş razılaşması yoxdur. Bu mövzu üzərində işləyirik. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyini anlayışla qarşılayır. Ortaq çalışmaqla bu mövzunun həlli üçün addımlar atacağıq”.
/Yenises.ru/