Deputat miqrantlara işə icazə vərəqəsi verilməsini dayandırmağı tövsiyyə edir
Rusiya Liberal Demokrat Partiyasından olan deputat Sergey İvanov bu gün Rusiyada ixtisassız miqrantalara beşillik möhlət nəzərdə tutulan qanun layihəsini aşağı palataya təqdim edib. Həmin sənəd Dövlət Dumasının saytına yerləşdirilib, qeydiyyatdan keçib və palatanın sədrinə göndərilib.
“Təqdim edilən qanun layihəsində əmək resursları və Rusiya vətəndaşlarının işə götürülməsində iştirakını prioritet qaydada optimal şəkildə balanşlaşdırılmasını təmin etməkdən ötrü xarici vətəndaşlara və vətəndaşlığı olmayan yüksəkixtisaslı mütəxəssislərə işə icazə vəsiqəsi və patent verilməsinin 5 il dayandırılması təklif edilir ”-deyə sənədin aydılaşdırıcı hissəsində deyilir.
Sənəd “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyətləri haqqında” qanuna düzəliş edilməsini nəzərdə tutur.
Ayla Azəri
/Yenises.ru/