Putin Makronu bir neçə həftəliyə qonaq dəvət etdi
Bu gün Parisin Versal sarayında Fransa prezidenti Emmanuel Makron ilə rusiyalı həmkarı Valdimir Putin arasında görüş olub. Əvvəldən xəbər verildiyi kimi Fransa prezidentinin dəvəti ilə gerçəkləşən görüşdə Suriya, Ukrayna böhranı və beynəlxalq türrora qarşı mübarizə məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Vladimir Putinin simasında Fransanın yeni preidenti ilk xarici qonağını qəbul edirdi. Onun Fransa krallar sarayında qarşılanmasını da təsadufi deyildi. Bu vurğunu Rusiya mətbuatı edir.
Versalın milyonlarla turistləri ziyarət etdiyi görməli yer olmaqla yanaşı, beynəlxalq münasibətlərə də şahidlik edən məkan kimi tarixdə qalıb.
“Mən əminəm ki, Rusiya və Fransanın fundamental maraqları hazırkı siyasi şəraitdən daha əhəmiyyətlidir -deyib Putin. – Bunu Rusiyada aktiv fəaliyyət göstərən fransa biznesi daha yaxşı başa düşür. Son illərin iqtisadi çətinliklərinə baxmayaraq 500-ə yaxın Fransa şirkəti Rusiya bazarından çıxmadı””.
Lakin son vaxtlar siyasi səviyyədə kəskin anlaşılmazlıqların və iki ölkənin dialoqunun hansı vəziyyətdə olduğu sualı da səslənib görüşdə.
Valdimir Putin bu suala etiaz edərək “”bax, üç yüzillik səfəri qeyd edirik”” deyib.
I Pyotrun 1717-ci ildə Fransada bir neçə həftə keçirdiyinin yubileyi olaraq Putin Makronu Moskavaya bir neçə həftəliyə qonaq dəvət edib.
/Yenises.ru/“