2016-cı ildə Rusiyanın Ehtiyat fondu 4 dəfə azalıb
Rusiyanın ehtiyat fondu 2016-cı ildə 4 dəfəyə qədər azalıb. 2017-ci il yanvarın birinə olan vəziyyətə görə Ehtiyat fondu rubbla 972,13 milyard rubl (16,03 milyard dolar) təşkil edir ki, bu da təqribən onun 4 dəfə azalması deməkdir. Maliyyə nazirliyinin rəsmi saytında belə deyilir.
2061-cı ildə fondun həcmi ümumilikdə 3 trilyon 640,57 milyard rubl olub. Bu 49,95 milyard dollar deməkdir. Beləliklə onun rublla həcmi 3,7 dəfə azalıb.
Bununla bərabər ötən ilin dekabrında Ehtiyat Fondunun xarici valyuta ilə olan hissəsi (6,87 milyard dollar, 6,44 milyard avro, 1,21 funt sterliq) 966,13 milyard rubla satılıb və gəlir feredal büdcənin vahid hesabına yatırılıb.
2016-cı ilin dekabrında Hesablama palatasının başçısı Tatyana Qlikova xəbərdarlıq etmişdi ki, 2017-cı ildə Ehtiyat Fondu tükənəcək və bundan sonra hökümət Milli Rihaf fondunun vəsaitindən istifadəyə keçəcək.
/Yenises.ru/