Avropa İttifaqı Ukrayna ilə viza rejimini ləğv edir
Hollandiya “yox”” dməsinə rəğmən, Avropa qapılarını açır, amma müvəqqəti…
Hollandiyada Ukrayna-Avropa İttifaqı assosasiyası razılaşmasına qarşı keçirilən referendumun nəticələrinə baxmayaraq apreldə Avrokomissiya Ukrayna ilə vizasız rejim tətbiq etməyə hazirlaşır. Bu haqda Reuters agentliyi məlumat verib.
“”Bu Hollandiya vətəndaşlarının rəyini heçə saymaq kimi görünə bilər, lakin biz Kiyevə verdiyimiz vədi yerinə yetirməliyik””,-mənbə məlumat verib. Avrokomissiya kütləvi şəkildə miqrant axını olmasın deyə öz təklifinə müdafiə bəndi də əlavə etdiyini və vizasız rejimin müvəqqəti olaraq tətbiq ediləcəyini açıqlayıb.
Mart ayında Avrokomissiyanın başçısı Jan Klod Junker Ukrayna prezidenti Petr Poroşenkoya Avropa Komissiyası qanunvercilik təşəbbüsü ilə Ukrayna ilə viza rejimini ləğv edəcəklərini deyib. Sonra bu təklif Avropa İttifaqı üzvü ələkələri olmaqla, Avroparlament və Avropa İttifaqı şurası ilə razılaşdırılmalıdır.
Aprelin 6-da Hollandiyada AŞ və Ukrayna arasında assosiasiya razılaşması qətnaməsi ilə bağlı referendum keçirilib. Referendumun nəticələrinə görə əhalinin təxminən 61 faizi bunun əlehinə, 38 faizi isə lehinə çıxıb.
/Yenises.ru/“