“İnter” (Bakı) – “Asteras” (Yunanıstan) arasındakı görüş 1:1 hesabı ilə başa çatıb
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunda Bakının “İnter” klubu Yunanıstanın “Asteras” klubunu qəbul edib. Oyun 1:1 hesabıyla başa çatdı.
Oyunun birinci hissəsində komandalar qapılara zərbələr endirsələr də oyunda qol vurulmadı.
Ikinci hissənin ilk dəqiqəsində “İnter” hesabda önə çıxdı. Ruslan Əmircanovun asmasını Tales Şütz qapıdan keçirdi. Oyunun 54-cü dəqiqəsində müdafiəçilərimizin kobud səhvindən yararlanan Perrone hesabı bərabərləşdirdi. Oyun çox sərt şəraitdə kecdi və oyunçular arasında mübahisələr baş verirdi. Oyunun 85 -ci dəqiqəsində Nizami Hacıyev hesabda komandasını önə çıxara bilərdı, lakin zərbəsi dəqiq olmadı. Hesab deyişməz olaraq sülhlə başa çatdı.
“Inter” də “Xəzər-Lənkəran” kimi mərhələni addımlamağı cavab oyununa saxladı. Xatırladaq ki,bu komandalar arasında cavab oyunu iyulun 26-da keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsi (ilk oyun)
19 iyul
İNTER – ASTERAS – 1:1
Qollar: T.Şütz, 46 (1:1), Perrone, 54 (1:1)
Baş hakim: Mihay Fabian (Macarıstan).
Bakı. “Dalğa Arena””.
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k),18. İliya Kandelaki, 20. Bryus Abdulay, 23. Tales Şütz, 25. İbrahima Niasse, 77. Ruslan Əmircanov,
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 14. Petar Zlatinov, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 87. Haynts Barmettler.
Ramin Kazımov
/Yenises.ru/
“