“Neftçi” növbəti mərhələdə uduzdu


“Neftçi” növbəti mərhələdə uduzdu

Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsində son Azərbaycan çempionu “Neftçi” pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda ilk oyununa çıxıb. İsrailin Hayfa şəhərində keçən oyunda rəqib “Hayfa İroni Kiryat” klubu olub. Oyun 4:0 meydan sahiblərinin xeyrinə başa çatıb.

İlk hissədə komandamız meydanda heç də pis təsir bağışlamadı. Lakin oyunun 42-ci dəqiqəsində İqor Mitreski rəqib oyunçuya qarşı kobud oynayaraq penaltiyə səbəb oldu. Topa yaxınlaşan Badaş dəqiq zərbə ilə hesabı açır.
İkinci hissədə komandamız daha zəif təsir bağışlayır və müdafiədə səhvlərə yol verir. Oyunun 52-ci dəqiqəsində Abihazir aşırma zərbəsilə hesan arasındakı fərqi ikiyə çatdırır. Oyunun 69-cü dəqiqəsində künc zərbəsindən ötürülən topu Brayan Gerziçiç tora qovuşdurur-3:0. 76-cı dəqiqədə Gerziçiç dubla imza ataraq “Neftçı” komandasının darmadağınına səbəb olur. Oyun sona qədər bu hesabla bitir və demək olar ki israillilər cütlüyün taleyini cavab oyununa saxlamayaraq həll ediblər.
Xatırladaq ki, bu komandalar arasında Bakıda “Dalğa Arena””da baş tutacaq cavab oyunu avqustun 8-də keçiriləcək.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (ilk oyun)

1 avqust

HAPOEL (Kiryat Şmona) – NEFTÇİ – 4:0 (1:0)
Qollar: B.Badaş, 42-pen, Ş.Abihazira, 52 (2:0), B.Gerziçiç, 70 (3:0), B.Gerziçiç, 76 (4:0)
Hayfa. “Kiryat-Eliazer” stadionu.
Hakimlər: Alan Kelli, Damyen Makqreyt, Mark Duqlas, Qraham Kelli (hamısı İrlandiya).

NEFTÇİ: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 8. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.

Ramin Kazımov


Bir cavab yazın