Moskvada “””Sarı gəlin””i təbliğ edən azərbaycanlı balamız”
Moskvada uşaq baxçasında 6 yaşlı azərbaycanlı qız “Sarı gəlin” rəqsi ilə rusları heyrətləndirdi
Moskva şəhərindəki uşaq baxçalarının birində 6 yaşlı azərbaycanlı balası “”Sarı gəlin” rəqsini ifa edib. Baxçanın buraxılış gecəsində uşaqlar müxtəlif manhı və musiqi nömrələri ilə çıxış ediblər. Azərbaycanlı qızı 6 yaşlı Nahidə Abduləzizovanın anasının buraxılış gecəsi üçün hazırladığı rəqs bütün valideynləri və uşaqları heyrətləndirib.
Azərbaycanlı balamızın Sami Yusufun ifasında “Sarı gəlin” mahnısının sədaları altında solo rəqsi alqışlarla qarşılanıb.
Rəqsini təqdim edən zaman kiçik Nahidə bu parçanın Azərbaycanın xalq musiqisi olduğunu bidirib. Xatırladaq ki, bu baxçada müxtəlif millətlərin uşaqları tərbiyə alır. Həmin buraxılış gecəsində uşaqlarala yanaşı valideynlər də iştirak ediblər.
Tünzalə Vəliqızı
/Yenises.ru/