Hamının bizimkisi -TOĞRUL İSMAYIL YENİSƏS-də
Diqqət! Diqqət! Gözünüz, qulağınız bizdə olsun!
Dünyanın bu keşməkeşli, turbulent vəziyyətində xoş xəbər eşitmək, xoş sözlər dinləmək, hüzur tapmaq, ruhən dincəlmək istəyirsinizsə, yaxın oturun.

Bizi 15 ildir izləyən, yazı-pozularımıza diqqət yetirənlər ucuz sensassiya dalınca qaçmadığımlzı, əksinə, söz deyə bilənə dəyər verdiyimizi, onlardan qidalanmaqla qürurlandığımızı bilməmiş deyillər.
Bu “qüsurumuzdur” ki, sizlərə bəyan edəcəyimiz xəbərin nə qədər vacib olduğunu əvvəlcə özümüzə aydın etmişdir. Əslində sizi intizarda saxlayıb əsas xəbərə qədər deyəcəyimiz elə mətləblər var ki, bir-birindən maraqlı. Amma biz o qədər zalım da deyilik. Biz Onu tanıyanda hələ dünya pandemiyanı, ermənilər Azərbaycan əsgərini tanımırdı. Sadəcə yeni dəbə düşən, Vətən sevdalılarını bir çətir altına toplayan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan “Milli Birlik” sosial qrup yaratmışdıq. Sonra “kovid” gəldi, yenidən qapandıq öz ocaqlarımıza. Qrup “Nəfəs borumuz” oldu.
Bu arada gördük ki, ey dili-qafil hamı yatmayıb. Dünyada olub-bitəni “adam dilinə” çevirən biri var. Özü də Südçü İmamoğlu Universitetində. Qoy böyük türk ulusu, türk namusunun keşikçisi Südçü İmamoğlunun ruhu bizi bağışlasın, ən azından bu sətirlərin müəllifi o əfsanəvi qəhrəmandan xəbərsizdi.
Professor tarix, sosiologiya, siyasət bölümlərinin xiridarı olduğunu o qədər təvazökarlıqla və sadə dillə anladırdı ki, bir azdan hamı oldu onun “xəstəsi”. Üstəlik həm pandemiya dövrünün, həm də 44 günlük Zəfər döyüşlərinin qızğın vaxtında professor doğulub boya-başa çatdığı Azərbaycan, təhsil aldığı Rusiya və tədris etdiyi Türkiyə üçbucağının vazkeçilməz amili oldu.
İndi anladınız artıq. İllər boyu bizi müxtəlif mövzulara qonaq edən Professor Toğrul İsmayıl bu gün mövzumuzun baş qəhrəmanıdır. Çünki bu gün yetkinlik, müdriklik yaşını doldurub.
Əslində bu qəbil nadir insanlar 60 yaşında gəncdirlər. Bu bir iltifat deyil. İnsan özünü həyatın qaynarında nə qədər ayaqda tutursa, o qədər gəncdir.
Toğrul müəllim 2025-ci ilin baharına bu müqəddəs Ramazan ayında yeddinci onluğun ilk baharı kimi başlayır. Hələ neçə yubileylər var qabaqda. Təbrik etməklə kifayətlənmirik, qələmi iti, sözü kəsərli, külünü möhkəm olsun deyirik. Həyat güclüləri sevir. Biz də.
Cəfər SADIQ, Moskva
9 mart 2025–ci il

İnsanın şəxsiyyət kimi formalaşmasında tarixinmi, taleyinmi, ailəninmi rolu böyükdür- sualının birmənalı cavabı yoxdur. Tanınmış ailənin övaldı olmaq bəzilərinə görə qazanc, bəzilərinə görə ikiqat məsuliyyətdir.
Onu həyatda heç görməmişəm. Görmədən, sadəcə ünsiyyətdə olmaqla ona hiss etdiyim bu doğmalıq hardandır? Bəlkə siyasi müstəvilərdə, sosial arenalarda gözümüz, sözümüz olduğundandır. Mübahisəli, çıxılmaz, küncə qısdırılmış məqamlarda təəssübünü çəkən bir insan axtararsan və o yerdə gerçəkdən sənin iç səsinin dışarıya vurmuş halı kimi çıxar qarşına. Bax bizimkidir, burada bizimki var- deyərsən. Əslində elə düşündürən Odur. Hamının bizimkisi olmaq!
Əslahu- ot kökü üstündə bitər. O iki professor, ictimai xadimin (Rafiq İsmayılov və Xanım Xəlilova) evində doğuldu, böyüdü. Həyətdə və həyatda xalqa dəyər olmuşlarlar arasında yetişməsi təbii ki, onun istimai-siyasi-pedoqoji fəaliyyətinə- hamının bizimkisi Toğrul İsmayıl olmasına çox şeylər qatıb.
1965-ci il mart ayının 9-da Bakıda doğulub. Litseyi qızıl medalla bitirdiyinə görə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə göndərilib. O dövrün pozitiv və neqativ anlamda işlədilən «qızıl gəncliyinin» nümayəndələrindədir. Onunku daha çox pozitiv mənaya uyğun gələndəndir ki, pillə-pillə irəliləməsi buna sübutdur. MDU-nu fərqlənməı ilə bitirb elmi fəlaiyyətinin coğrafiyasını genişləndirərək ozünə yol açan Toğrul İsmayılı fəqli edən xüsusiyyətlərindəı biri də iradəliliyi, təmkini, düşüncələrini, fikrini təcrübi sübuta əsaslanaraq ədalətlə, doğruluqla sabitləşdirməsidir.
Tərcümeyi- halı, həyat- fəaliyyətinin xronoloji mündəricətinə yazılacaq, yazdırdığı çox şeylər var, olacaq. 60 ildə nail olduqları -geriyə baxdığında çox az «keşkə» dedirtdiyini göstərir. Keşkələri aşaraq bir yol çızıb, o yollardan keçib və keçməkdədir. Bir bölgənin deyil, hər bölgənin insanıdır. Bir sahəyə deyil, hər sahəyə nüfuz edəcək gücdədirmiş kimi gəlir adama. Bəlkə mənə…
Günümüzdə İnsanı tərif etmək tənqid etməkdən daha asandır- deyirlər. Məsuliyyərtlə baxsan, tərif də, tənqid də ciddi yanaşmadır. Və tərif etmək ən çətinidir. Mən tərifləmədim, sadəcə onun söhbətlərindən, polemikalarından çıxartdığım nəticəylə 60-ın altını cızdım. İfrata varmadığımı düşünürəm.
Amma bəlkə bu ifrat kimi səslənə bilər. Tarixi, günü məşhurlaşdıran İnsandır-desəm Amerikanı kəşf etmiş olmaram. Ki Ameriko Vespuççi də 9 martda doğulub. Kosmosa ilk uçan Yuri Qaraqin də.
Toğrul Hocam, Yubiley yaşınız mübarək!. Bu ömürdə ən böyük qazanc Hamının Bizimkisi-adına ünvan olmaqdır!
Tünzalə Vəliqızı,
Moskva
9 mart 2025-ci il