TOĞRUL İSMAYIL-60
Bu gün Dəyərli Alim, Kahramanmaraş Sütçü İmam Üniversitesi (KSÜ) Siyaset Bilimi ve Uluslararası İlişkiler bölümündə fəaliyyət göstərən professor Toğrul İsmayıl 60-cı yubiley yaşını tamamlayır. Siz onu ən çox qardaş Türkiyənin TV proqramlarında beynəlxalq münasibətlərin usta bilicisi kimi görürsünüz. Hadisələrə baxışı, analitik təfəkkür tərzi verdiyi proqnozlar bir sözlə möhtəşəmdir. Danışıq üslubu, alim erudisiyası bir vəhdət içərisindədir. 44 günlük Vətən müharibəsində Toğrul Bəyin təbliğat sahəsində obyektiv çıxışları, müsahibələri, məsələlərə əsl politoloq kimi yanaşması ölkəmiz, savaşımız adına qürur duyacaq məqam idi. Azərbaycan əsgəri döyüş səngərində qalib gəlirdi, Toğrul Bəy kimi öz işinin əri olan Alimlər, politoloqlar isə siyasət və təbliğat masasında düşmən çəmbərini yarırdılar.
Toğrul Bəy həm də maarifpərvər bir Aydındır, Azərbaycan tarixinə ən gözəl bir şəkildə bələddir. Cümhuriyyət tariximizlə bağlı olduqca dəyərli fikir və məqalələri vardır. Ziyalı bir ailə mühitində aldığı tərbiyə onun ən üstün məziyyətlərindəndir. Atası mərhum Rafiq İsmayıl həm Azərbaycan milli-azadlıq hərəkatının öncül simalarından biri olub, həm də tarix elmimizin keşiyini çəkən böyük bir alim. Anası Xanım Xəlilova da bu qəbildən onlardan heç vaxt geri qalmayıb. Bir sözlə bu ailənin xəmiri sanki elmlə, maarifpərvərliklə yoğrulub. Toğrul Bəy eyni zamanda uzun müddətdir ki, mənim də qatıldığım “Milli Birlik” WhatsApp Qrupunda maarifləndirmə adına olduqca böyük işlər görür, onun çıxışları, fikirləri hər kəs tərəfindən böyük bir məmnunluqla dinlənir. Sadədir, nə zaman nə vaxt hər hansı bir məsələylə bağlı ricada bulunsan, bütün işini gücünü atıb sənə qoşacaq qədər dəyərlidir.Dəyərli Toğrul Bəy! Nə yaxşı ki varsınız, nə yaxşı ki Dostumsunuz! Ailə həyatınızda hər zaman hüzurlu, məsud olun, elmi çalışmalarınlzda uğurlarınız bol olsun, adınız yüksəklərdən gəlsin!
Yubiley yaşınız qutlu olsun, Dəyərli Dostum Toğrul Bəy!
Məhəmməd İSRAFİLOĞLU,
Almnaiya