M Ü Ş F İ Q…


Bu gün Azərbaycan ədəbiyyatının ən nakam və ən çox sevilən şairi Mikayıl Müşfiqin doğum gündür.

Hüseyin Cavid demişkən: – ” Müşfiq bir oddur ki, öz-özünü yandıracaq…””

Müşfiq bütün mənalarda od idi,kişilikdə,dosta əhdə vəfada,ləyaqətdə hər şeydə,hər şeydə.Onun H.Cavidə vəfası bir ləyaqət,gözəl əxlaq nümunəsidir.Aşağıdakı xatirə qanınızı donduracaq həyəcandan…

Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfqi öz yanına çağırıb demişdi ki,artıq biz Hüseyn Cavidi itiririk,onu həbs eliyəcəklər,sən onun əleyhinə bir iki yazı yaz səni repressiyadan qurtara bilərik.O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir:“ Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.

Hətta Ayna Sultanova bu hadisədən sonra hönkür-hönkür ağlamışdı.

Bu hadisə Ayna Sultanovanın öz xatirələrində var.

Birdə M.Müşfiqin “” Tərtərhes nəğmələri””ndən aşağıdakı misraları paylaşıram:

Bu nə yoldur, daşnaq yolu…
Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı.
O dənizdən bu dənizə
Deyib çıxdı sinəmizə,
Bir tapdadı, bir doğradı.
Orda dəhşət , burda vəhşət,
Əlində baş, dişində ət,
Tanırsınız o cəlladı.
Nə bağ qaldı, nə də bağban…
Qurşun, ölüm, atəş, duman
Yaxamızı parçaladı.
Bilən bilir, bu zülmətə,
Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı…

MÜHÜM QEYD.Bu əsərdə ilkin variant “” Tanırsınız o cəlladı”” olub.Müşfiq burada yüzlərə türkün qanını axıdan erməni qatil Andronik Ozanyanı nəzərdə tutaraq yazıb.Amma Sovet senzurası “”cəlladı”” sözünü “” müsavat””la dəyişdirib ki bu da misraların ruhuna uyğun gəlmir.Çünki dərindən diqqət yetirsəniz görərsiniz ki misralarda şəxsdən,ermənilərin “”dənizlərdən dənizlərə”” utopiyasından bəhs olunur,”” Müsavat”” partiyasından söhbət gedir.

Mərhum gözəl şairimiz Rəfiq Zəka Xəndan da bunun belə olduğunu xatirələrində də vurğulayıb.

Nur içində yat, Mikayıl Müşfiq!

Məhəmməd İsrafiloğlu
05.06.2020


Bir cavab yazın