Moskva metrosunda polisi bıçaqla yaraladılar


Moskva metrosunda polisi bıçaqla yaraladılar
Moskva metrosunun “Paveletskiy” dairəvi xəttində polis bıçaq yarası alıb. Bu haqda DİN-nin rəsmi saytında məlumat verilir.

1975-ci il təvəllüdlü Penza sakini sərxoş vəziyyətdə metronun girişindən keçənlərə səbəbsiz yerə hücum edib. Sərnişinlər stansiyadan növbətçi polisi köməyə çağırıblar.

Polis asayişi pozan şəxsi saxlamağa çalışıb, lakin o, polisin ayağının bud hissəsinə bıçaq zərbəsi endirib. Buna baxmayaraq polis təqsirkarı təhlükəsizləşdirərək, onu stansiyanın polis otağına gətirib. Daha sonra polisi xəstəxanaya aparıblar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir