Tanınmış şair Məmməd İsmayıl Beynəlxalq mükafata layiq görülüb

Mərkəzi ofisi Brüssel və Priştinada yerləşən Beynəlxalq Yazıçılar Birliyinin Peter Bogdani mükafat komitəsi ənənəvi olaraq hər il noyabr ayının 27-də Peter Bogdani ədəbiyyat mükafatının və medalının sahiblərini elan edir. Bu mükafata bir qayda olaraq yaradıcılıqları ilə ədəbiyyatda önəmli iz buraxan və fərqlənən şairlər layiq görülür.![]()
Moderator.az xəbər verir ki, builki mükafatlar Hindistandan Rama Krisha Peruq,Ukraynadan Aleksandr Korotka, Moldavyadan Nicolae Dabija, Qazağıstandan Kairat Desenov və həmyerlimiz şair Məmməd İsmayıla verilib.
Diplom və medalların təqdimatı 2018-ci il yanvar ayının 26-da Parisdə olacaq.
