Yaroslavlda Novruz bayramı təntənə ilə qeyd edilib
Yarsolavl şəhərində fəaliyyət göstərən “Yaroslavl Azərbaycan Qadınları” İctimai təşkilatı “Xəzər” rəqs ansamblı ilə birgə Novruz Bayramı münasibətilə geniş təbdir keçirib.
Tədbirin iştirakçıları əvvəlcə Azərbyacanın milli- mənəvi ruhu və qədim adət-ənənəsinin bir parçasını özündə daşıyan Novruz Bayramının atributları sərgilənən güşə ilə tanış olublar.
Tədbiri “Yaroslavl Azərbaycan Qadınları” cəmiyyətinin cədri Xatirə Qəmbərova açaraq gələn qonaqları salamlayıb. O, çıxışında Novruzun yaranması tarixi haqqında qısa məlumat veridikdən sonra sözü Yaroslavl Vilayəti qubernatorunun müşaviri Dmitri Solovyova verib.
Yarsolavl vilayət qubernatorluğunun yetkilisi Novruz Bayramı münasibtilə tədbirin təşkilatçıları başqa olmaqla hər kəsi təbrik edib. Yaroslavl Vilayəti İctimai Əlaqələr Departamentinin məsləhətçisi Viktor Leonidoviç da milli bayramların keçirilməsinin xalqlar arasındakı milli –irsi əlaqələrinin qurulması və tanınmasında böyük rolu olduğunu vurğulayıb. Bu səpkili bayramlaırn bir xalqın milli ruhu, adət-ənənəsi ilə tanışlığa vəsilə olduğunu deyib.
Novruz təbii ki, Kosa və Keçəlsiz, eləcə də pəhləvanlar yarışması, yumurta döyüşməsi kimi əyləncəli göstərilərsiz də olmaz. Bayram tədbirinin proqramında yer alan bu çıxışlar alqışlarla qarşılanıb. “Xəzər” ansambılının bir-birindən gözəl rərsləri tədbirə daha da rəngarənglik qatıb.
Tədbirin sonunda Xatirə Qəmbərova “Xəzər” rəqs ansamblının rəhbərləri Rəsmiyə Orucovanı və Təbriz Nəsibovu Fəxri Fərmanla təltif edib, onlara uğurlar arzulayıb.
Yenises.ru