Zəlzələdən zərərçəkənlərə yardım
Böyük yardımlar arasında “sərçənin yanğına dimdiyində su aparma” timsallıdır bəlkə bizim etdiyimiz yardımlar. Yardımın böyük kiçiyi olmaz. Əsas sevgini göstərmək, yardıma ehtiyacı olanın yanında olmaqdır.
Fevral ayının 6-da səhər saatlaırnda Türkiyəni sözün müstəqim anlamında diksindirib oyadan zəlzələ hər bir türkün, türkiyəsevərlərin olduğu kimi bizlərin də qəlbinə atəş kimi düşdü. Yardıma ilk gedən Azərbaycan oldu. Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici dəstələri, yardım təyyarələri, hər cür ləvazimatla dolu maşın karvanları qardaş ölkəyə yol aldı.
Rusiyada yaşayan, fəaliyyət göstərən azərbaycanlı iş adamları, qurumlar, siravi insanlar çağırış gözləmədən canımız Türkiyəyə yardım kompaniyasına qoşuldular.
İnsanlar “yardımlaşma yarışına” girib bu günlər . Belə anlarda mərhəmətin, sevginin yoluxucu olması gözləri doldurur. Keşkə bir-birimizə sevgi, mərhəmət hissimiz sadəcə müsibət anlarında deyil, hər zamanda olsaydı.
Baş verən fəlakətin ilk elə ink anından Yenises.ru kollektivi olaraq zəlzələdən zərərçəkənlərə dəstəkdə bizim də payımız olsun deyə “WhatsApp yardım qrupu” yaratmağı qərara aldıq. Təşəbbüsümüzü rəğbətlə qarşılayan Samara vilayəti Azərbaycanlıları Liqası (LASO) idarə heyətinin və Samara Azrıbaycanlıları diasporu koordinasiya şurasının sədri Şirvan Kərimov bizimlə həmrəy olduqlarını bəyan etdi. Liqa ilə paralel olaraq yardım toplamağa başladıq.
Moskva qrupumzla Samara təşkilatının (LASO) bir arada topladığı yarım milyon rubl miqdarında pul vəsaiti artıq Türkiyədə zəlzələdən zərər çəkənlərə çatdırılıb.
QEYD: Xatırladım ki, pul yardımı Türkiyənin Moskvadakı səfirliyinin yönləndirdiyi rəsmi hesaba Samara Azərbaycanlıları Liqasının icraçı direktoru Müşfiq Dəmirovun, Moskvadan topladığımız vəsait isə tanınmış jurnalist Cəfərsadıq Abbasovun adı ilə AFAD-a (Afet ve Acil Durum Yönetimi Başkanlığı) göndərilib.
Yardımlarımız davam edir! Zərərçəkənlərə dəstək olan hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik!
Tünzalə Vəliqızı, Moskva
Yenises.ru, Moskva