Zatulindən “Sputnik Azərbaycan”ın bağlamnasına reyaksiya: “Hədlərini aşdılar”
Rusiya “Sputnik Azərbaycan”-ın ləğvini Bakının qeyri-dost hərəkəti kimi qəbul etməlidir, bunu Gazeta.Ru-ya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib. Onun sözlərinə görə, Azərbaycan AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra qəsdən “anti-Rusiya əhval-ruhiyyəsi yaradır”.
“Mənə elə gəlir ki, bu, bir mərkəzdən komandanlıq əsasında və Azərbaycan hakimiyyətinin özləri üçün çıxardığı nəticəyə əsasən edilir. Onlar təyyarə qəzası epizodundan istifadə edərək Azərbaycanın özündə anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq və görünür, indiki mərhələdə Rusiyadan daha çox maraqlandıqları bütün digər ölkələrə öz mövqelərini nümayiş etdirmək qərarına gəliblər. İlk növbədə Qərb ölkələrinə. Düzdür, burada faza uyğunsuzluğu var, çünki ABŞ-dan danışırıqsa, elə həmin anda biz hansısa münasibətlər qurmağa başladıq və dialoq başladı. Amma Azərbaycan rəhbərliyi artıq “cilovunu gəmirmişdi”. Qərbdə, Avropa İttifaqında və başqa yerlərdə postsovet məkanında insanların necə davrandığına nəzarət edən qüvvələr var. Xüsusən də Türkiyənin ənənəvi müttəfiqi olan və Azərbaycanın varisliyi ilə Böyük Britaniya. “Hesab edirəm ki, bu ölkələr üçün Azərbaycanın bu cür davranması xəbəri göydəndüşmədir”.
Zatulinin sözlərinə görə, Bakı təyyarə qəzasından anti-Rusiya hərəkətləri həyata keçirmək və digər ölkələrə kimin tərəfində olduqlarını göstərmək üçün istifadə edir.
Deputat bu mövzuda 44 günlük Qarabag savaşı zamanı Rusiyaya məxsus vertolyotun sonra Xankədnindəki sülhməramlıların yanlışlıkla vurulması faktlarına diqqət çəkərək, Azərbaycanın “müharibədə belə şeylər olur” -deyərək sadəcə üzr istəməsiylə bitdiyini qeyd edib. O zaman da təqsirkarlar cəzalandırılmadı-deyən deputat Azərbaycanda “Rus Evi”nin və ardından “Sputnik Azərbaycan”ın bağlanmasını pisləyib və Qarabağ Zəfərindən sonra Azərbaycan Rusiya ilə arasındakı münasibəti dəyərli hesab etmədiyini söyləyib.
Fevralın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Russia Today” media qrupunun – Sputnik Azərbaycan-ın ölkədəki nümayəndəliyinin ləğv olunduğunu bildirib. Onun sözlərinə görə, indi Rusiya şirkəti yalnız bir müxbir üçün akkreditasiya ala bilər.
Yenises.ru