MH17 təyyarəsində ölənlərin qohumları Sterlkova qarşı iddianı udublar



MH17  təyyarəsində ölənlərin qohumları Sterlkova qarşı  iddianı udublar
Donetsk vilayəti yaxınlığında Malayziya aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların yaxınları Igor Girkinə ( Strelkov ləqəbi ilə tanınır) qarşı iddia qaldırmışdılar. Bu barədə Hollandiyanın Zambla mətbu orqanı xəbər verib.

Ölənlərin 25 yaxın qohumları kollektiv şəkildə İllinoys çimal dairəsinin məhkəməsinə şikayət ərizəsi veriblər. Onların nümayəndəsi – Floyd Visnerin vəkillər firması Girkinin sərnişinlərin və ekipajın ölümünə görə məsuliyyət daşıdığını təsdiqləyib və təzminat tələb edibi. 2014-cü ilin iyul ayında MH17 təyyarəsi qəzaya uğrayan zaman Girkin qondarma Donetsk Xalq Respublikasının qoşunlarına komandanlıq edirdi.

Dekabr ayında məhkəmə iddianı qəbul etmişdi. Hər bir iddiaçıya mənəvi təzminat olaraq 10 milyon dollar və zərərə görə də 10 min dollar kəsilmişdi.

“Biz ondan bir şey ala bilmədiyimizi başa düşürük və simvolik əhəmiyyətə malikdir””-deyə ölənlərdən birinin anası Silene Fredriks bildirib.

Xatırladaq ki, 17 iyul 2014-cü il tarixində Amsterdamdan Kuala Lumpura uçan Malayziyanın “”Boeing”” təyyarəsi Ukraynanın şərqində qəzaya uğramışdı. Təyyarədə olan 298 nəfərin hamısını həlak olmüşdü. İstintaq davam edir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir