Yarmolnik “Xalq Artisti” adından niyə imtima etdiyini açıqlayıb


NTV-nin “Bir zamanlar” verilişində aktyor Leonid Yarmolnik Rusiyanın Xalq Artisti adından imtinam etməsinin səbəblərindən danışıb.

Onun sözlərinə görə, indi bu ad əvvəldə olduğu əhəmiyyətə malik deyil.

“Bu gün bu ad heç bir şey ifadə etmir. Mənim üçün xalq artistləri Yuri Vasilyeviç Yakovlev, Mixail Aleksandroviç Ulyanov, Yevgeni Aleksandroviç Evstiqneyevdir. Bu gün isə hara baxırsan, hamı xalq artistidir”, – deyə Yarmolnik bildirib.

SSRİ-də xalq artisti adı qeyd-şərtsiz imtiyazlar verirdi, indi isə belə deyil.

“Bu gün hər sənətçinin bir istəklərini reallaşdıranı var. Xalq artisti oldun, olmadın fərq etməz. Siz deyək ki, hara, hansı vaqonla, hansı maşınla getməyinizdən tutmuş, hansı otedə qalmağınız, yemək və xarici şəhərə gəlişiniz şərəfinə atəşfəşanlıq etmək lazım olub-olmaması və s. ilə razılaşırsınız”, – deyə sənətkar izah edib.

Bununla o, Xalq Artisti adının bu gün dolayısı heç bir üstünlük daşımadığına, layiq oldu-olmadı çoxlarına verilərək “ucuzlaşdırıldığına” etirzaını bildirib.

1994-cü ildə yubileyi ilə əlaqədar (40 yaş) Yarmolnikə Rusiyanın əməkdar artisti, 2004-cü ildə (50)isə xalq artisti adını vermək istəyirdilər.

Yanvarın 22-də Leonid Yarmolnik 70 yaşını qeyd edir. Rusiya Dövlət Mükafatı laureatı (2000), “Nika” mükafatının üçqat laureatı (2000, 2015, 2021). olan artist “Gülüş ətrafında” adlı əyləncəli televiziya proqramında oynadıqdan sonra geniş şöhrət qazanıb.

Yarmolnik bundan əvvəl Valeri Todorovskinin rejissoru olduğu “Hipsterlər” filminə görə kreditorlara beş milyon dollar borcu olduğunu etiraf etmişdi. Sənətçi ölkənin ən yaxşı musiqili filmlərindən biri kimi tanınan filmin prodüseri olub: 2009-cu ildə film dörd “Nika” mükafatı və dörd “Qızıl Qartal” mükafatı heykəlcikləri alıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir