Ədəbiyyat sahəsində Nobel mükafatına yapon Kadzuo İsiquro layiq görülüb


Ədəbiyyat sahəsində Nobel mükafatına yapon Kadzuo İsiquro  layiq görülüb
2017-ci il Ədəbiyyat sahəsində Nobel mükafatına böyük emosioanl güclə dolu yaradıcılığına görə Böyük Britaniyadan olan yapon əsilli Kadzuo İsiquro layiq görülüb.

Bu haqda İsveç akademiyasının daimi katibi, mükafatın verilməsinə cavabdeh olan Sara Danius elan edib.

Kadzuro İsiquro 1954-cü il noyabrın 8-də Naqasakidə doğulub. Yazıçının ailəsi o 5 yaşında olanda Böyük Britaniyaya köçüb. İsiquro yenidən vətəninə böyük yaşda olanda qayıdıb. 1970-ci illərin sonunda İsiquro Kent universitetində ingilis dili və fəlsəfə fakültəsini bitirib, sonra Şərqi İngiltərə universitetində yaradıcılıq məktubları öyrənməklə təhsilini davam etidirib. Kadzuro İsiquro ədəbi karyerasına 1981-ci ildə hekayə ilə başlayıb. İlk “Orada-sis içində olan təpələrdə”” romanını 1982-ci ildə çap etdirib. Onun digər məşhur əsərləri- “”Günün qalığı”” romanı Bukerov mükafatı qazanıb, “”Buraxma məni”” adlı əsəri isə 2005-ci ilin ən yaxşı romanı seçilib.

İsiquronun birinci kitabında Naqasaki və İkinci dünya müharibəsindən bir neçə il sonra oradakı həyatdan söhbət açılır. Yazıçının araşdırdığı mövzü yaddaş haqqında düşüncə, zaman və özünüaldatma ilə bağlıdır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir