Ankara “İncirlik”” aviabazasını Rusiya təyyarələri üçün açır, açmır?”


Ankara "İncirlik" aviabazasını Rusiya təyyarələri  üçün açır, açmır?
İŞİD-ə qarşı mübarizədə “İncirlik”” aviabazası məsələsi… Bazanın açarı Türkiyənin əlində, amma Rusiya üçün açılmasından söhbət gedə bilməz-deyilir. Söhbət isə açılıb, bazanın açılması prespektivdə olmasa da…Çavuşoğlu dedi və inkarmı etdi-deyə Rusiya KİV-i baş sındırır.

Rusiyanın aparıcı KİV-ləri Türkiyə xarici işlər naziri Mövlüd Çauşoğlunun Ankaranın “”İncirlik”” aviabazasından Rusiyanın istifadə edə biləcəyi ilə bağlı bəyanatla çıxış etdiyini yazıb. “”Komsomalskaya pravda””nın məlumatında bu xəbər “”Ankara Rusiyaya hava bazasını təqdim edir”” başlığı ilə verilib. RİA Novostinin məluatına görə isə Türkiyə xarici siyasət korpusunun başçısı M. Çavuşoğlu İD terror qruplaşmasına qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib, lakin “”İncirlik””dən istifadədən söhbət gedə bilməz,- deyib.

Xəbərlərdə o da qeyd edilir ki, Türkiyənin TRT kanalı xarici işlər naziri Çavuşoğlunun “”İncirlik”” hərbi hava bazasında Rusiya təyyarələrinin də ola biləcəyini söyləyib.

“”Mən Rusiyanın aviabazadan istifadə etməsiniə icazə verilməsini nəzərdə tutmadım. Biz İŞİD-lə mübarizədə istənilən əməkdaşlığa hazırıq və “”İncirliyi”” misal olaraq göstərdim. Biz Rusiya iə əməkdaşlıq edəcəyik, lakin “”İncirliyin”” açılmasından söhbət gedə bilməz, mümkün deyil””- Türkiyə hökümət toplantısından sonra Çavuşoğlu junalistlərə açıqlama verib.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Peskov isə Moskva və Ankara arasında “”İncirlik”” aviabazasından istfadə məsələsinin müzakirə olunmadığını bildirib.

Ekspertlərin fikrincə, Rusiya hərbi təyyarlərinin türk aviabazasında görünməsi Moskvanın “” böyük geopolitik qələbəsi””və iki ölkə arasındakı münasibətlərdə sıçrayış ola bilərdi.

“”İncirlik”” aviabazası Türkiyənin cənubunda yerləşir. Onun fəaliyyəti Ankara və Vaşinqton arasında hərbi və iqtisadi əməkdaşlıq müqaviləsinə əsasən tənzimlənir. Bununla birgə bazadan istifadəyə Türkiyə höküməti qərar verir.

Hazırda burada bir sira beynəlxalq koalisiya ölkələri- ABŞ, Almaniya, Böyük Britaniya, Qatar və Səudiyyə Ərəbistanının təyyarələri yerləşdirilib.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir