Aprelin 12-də Moskvada genişmiqyaslı dezinfeksiya aparılacaq


Aprelin 12-də Moskvada genişmiqyaslı dezinfeksiya aparılacaq

Moskvada genişmiqyası dezinfeksiya işlər aparılacağı barədə şəhər təsərrüfatə kompleksinin mətbuat xidmətinə istinadən TASS agenliyi xəbər verib.

Moskva Bələdiyyə sədrinin müavini Peter Biryukov -Bələdiyyə təsərrüfat kompleksinin mütəxəssisləri yolların, səkilərin, dayanacaqların, həyətlərin və kvartallararası arakəsmələrin bütün asfalt- beton və kafel örtüklərinin tam dezinfeksiyaedici təmizləyi məhlullarla dezinfeksiya ediləcəyini ” -deyib.

Qeyd edib ki, müalicə məntəqələri, metro və ictimai nəqliyyat dayanacaqlarının ərazilərinin dezinfeksiya olunmasına xüsusi diqqət yetiriləcəkdir.

İçməli su hazılayan stansiyalar, çirkab sularının təmizlənməsi ilə məşğul olan digər obyektlər də dezinfeksiya işlər aparılacaq.

Bundan əvvəl Moskvada koronavirusla mübarziə çərçivəsində aprelin 13-dən 19-na kimi şəhərdə hərəkətə xüsusi buraxılış sənədi olmadan izin verilməyəcəyi bildirilmişdi.

Moskva demək ola ki, bütün regionlarla giriş-çıxışı qısıtlayır. Yalnız buraxılış vəsiqəsi olanlar giriş-çıxış edə biləcəklər. Bu tədbirlər özünütəcrid zamanı vətəndaşların bu qadağadan sui-isti fadə etməsi ucbatından sərtləşirilib.

Son bir həftədə koronavirusa yoluxanların sayı Moskvada kəskin artıb. Hökümət onun qarşısını almaqdan ötrü belə sərt addımlar atmağa və yasaqları kəskinləşdirməyə məcburdur. Bütün bunlar vətəndaşları yoluxma təhlükəsindən qorumaq üçün edilir.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir