Azərbaycanın birinci prezidenti Bakiya qayıtdı


Azərbaycanın birinci prezidenti Bakiya qayıtdı
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 20 il lik mühacirətdən sonra 7 iyulda Rusiyadan Bakiya qayıdıb.
Azərbaycanın birinci prezidentinin Bakıya qayıtması parlamentin “Keçmiş prezident və onun ailəsinin təmin olunması” haqqında qanun qəbul edildikdən sonra baş tutub.

Bu qanuna görə Ayaz Mütəllibov hazırkı prezidentin maaşının 50 faizi həcmində təqaüd alacaq, nümayəndəlik xərclərinə isə prezidentin maaşının 20 faizi məbləğində pul ayrılacaq. Keçmiş prezident öldüyü zaman isə onun təqaüdü həyat yoldaşına veriləcək.

Ayaz Mütəllibov 1991-1992-ci illərdə Azərbaycan prezidenti olub. Əvvələr isə Azərbaycan Kommunist partiyası mərkəzi komitəsinin baş katibi işləyib.

Yaxın günlərə kimi Sosial Demokrat partiyasının lideri olan Mütəllibov bu ilin əvvəlində siyasətdən getdiyini, ailəsi və səhhəti ilə məşğul olacağını açıqlayıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir