«Baharın 17 anı» kinosunun naməlum audiolenti tapıldı


«Baharın 17 anı» kinosunun naməlum audiolenti tapıldı
Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya unikal səs yazısını artırıb yaymaq fikrindədir. Məhşur muğənninin arxivindən “Baharın 17 anı” filmindən olan mahnı tapılıb. Sən demə, Mixail Taraverdiyevin “Ne dumay o minutax svısoka” ilk ifaçısı İosif Kobzon deyil, Müslüm Maqomayev olub.

“Baharın 17 anı” ında müəllifin düşüncəsinə görə mahnını baş qəhrəman-Ştirlits səsləndirməli imiş. Audioyazını dinləyən rejissor Tatyana Lionozova “Burada Maqomayevdən daha çox şey var”-deyə sevinclə qışqırıb.
Müslim Maqomayevin audiolentinin saxlanması əsl möcüzədir. Tezliklə “Baharın 17 anı “ filmindən olan mahnılar ” kolleksiyası Müslüm Maqomayevin ifasıyla buraxılacaq.

“Ərim öz lent yazılarını radio və televiziyalardan satın alır və ehtiyatla saxlayırdı. Hələ elə nadir lentlər var ki, heç kim onların haqqında bilmir. Müslüm təvazökar adam olduğundan öz zəngin arxivi haqqında hər yerdə elan etmirdi”- aydınlaşdırıb Tamara Sinyavskaya.

O, Müsüm Maqomayevin digər unikal səs yazılarını yayıma verəcəkmi, məlum deyil. Tamara Sinyavskaya 3 il yarım bundan əvvəl düuyasını dəyişən əri haqqında səsi titrəyərək və şöz yaşları ilə danışır. Müğəninin mətbuat katibinin dediyinə görə o hələ də müsahibə vermir. Bunu istisna olaraq Müslüm Maqomayevin 70 illiyinə həsr olunmuş vokalistlərin II Beynəlxalq müsabiqəsi astanasında edir.

“Mən o müsabiqəni düşündüyümüz gunləri çox pis xatırlayiram”-deyir T.Sinyavskaya. Onda mən heç nə başa düşmürdüm. Müslüm gedəndən sonra mənə cox agır idi. Amma hər şey alındı. Və bu müsabiqəyə 200 bildiriş daxil oldu.Inanın bu lap çoxdur.

Tamara İliniçnanın dediyinə görə 20-21 oktyabrda “Krokus Siti Holl”da keçiriləcək finalda artıq püxtələşmiş müğənnilər oxuyacaqlar. “Bu artist üçün özünəməxsus keyfiyyət işarəsidir. Biz istəyirik ki, konkursantlar, Müslümü təqlid etməsinlər, səhnəyə nə isə yeni bir şey gətirsinlər”-deyib o.

Əlbəttə ki, Maqomayev müsabiqə iştirakçıları opera və vokalı mükəmməl bilməlidir. Hətta münfsifləri Tamara Qvertsiteli, Lev Leşşenko, Yelena Obraztsova və başqa yerli və xarici səhnənin ulduzları olacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir