Charlie Hebdo Tu-154 təyyarə qəzası ilə bağlı karukatura dərc etdi


Charlie Hebdo Tu-154 təyyarə qəzası ilə bağlı karukatura dərc etdi
Fransanın məhşur satirik jurnalı Charlie Hedbo dekabrın 28-dəki buraxılışında Rusiya Müdafiə nazirliyinin təyyarəsinin Qara Dəniz üzərindən uçarkən qəzaya uğraması ilə bağlı karukatura dərc edib. Karikatura olan nömrə tvitterdən paylaşılıb.

Birinci düşən təyyarənin içərisində bir artistin uzun- uzadı “a a a”” səsini oxuması təsvir edilib. Rəsmin fonunda isə “”Ordu xorunun repertuarı genişlənir”” sözü yazılıb.

İkinci karikaturada isə Tu-154-ə həsr olunmuş düşən təyyarə rəsmi “”Pis xəbərlər… Putin orada yox idi”” yazısı ilə verilib.

Uçüncü karikaturada hərbçilər suyun altında oxuyurkən təsvir ediliblər. Arxa planda isə dağılmış Tu-154 görünür. Bununla yanaşı hərbçilərin yanında onların ifasından məmnun balıqlar üzdükləri göstərilir. Karikaturanın üstündə isə “”Qəzadan sonra Qızıl ordu yeni auditoriya qazandı”” yazılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir