İsveçrədə türklərlə kürdlər arasında kütləvi toqquşma


İsveçrədə türklərlə kürdlər arasında  kütləvi toqquşma
İsveçərini Bern şəhərində Avropa Türk Demokratları İttifaqı Türkiyədəki terror aktlarını qınadıqlarını bəyan etmək üçün aksiya keçiriblər. Kürdistan Fəhlə partiyasını günahlandıran türklərə kürdlər hücum ediblər.

İsveçrənin ATS teleqraf agentliyinin verdiyi məlumata görə Avropa Türk Demokratları İttifaqının təşkil etdiyi aksiyaya mane olmaq istəyən kürdlərin qarşısını asayiş keşikçiləri kəsməyə çalışıb. Nümayişçilər keçirdikləri aksiyada terror aktlarını qınadıqlarını bəyan etmək istəyiblər. Onların fikrincə terror türk höküməti ilə Kürdistan Fəjhə partiyası arasında silahlı qarşıdurma ilə müşaiyət olunur.

“Kürd manifestçilərindən birinin dediyinə görə kürdlər bu nümayişə mane olmaq qərarına gəliblər. Polislər gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək onları sxlayıb -deyə agentlik qeyd edib.-Lakin buna baxmayaraq qarşıdurma baş verib və kürdlər türklərə hücum ediblər. Türk nümayişçilərindən birinin söylədyinə görə qarşıdurmada 100 nəfərə yaxın türk, 180 nəfərə yaxın isə kürd olub.

İnternetdə yerləşdirilən videoyazıda qarşıdurmanın dramatik məqamında bir qrup adamın üstünə avtomobil yeridiyi göstərilir.

Bernin mərkəzi rayonuna yetərili sayda polis qüvvələri yerləşdirilib. Bir neçə təcili yardım maşını yaralıların köməyinə gəlib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir