Minsk Paşınyanı yerinə oturtdu- küçə demokratiyası burda keçərli deyil


Minsk Paşınyanı yerinə oturtdu- küçə demokratiyası burda keçərli deyil

Küçə demokratiyası tonu böyük siyasətdə qəbul edilə bilməz. “Sputnik Belarus”” agentliyinn məlumatına görə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Pashinyanın Belarus prezidentinə iradına ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz bu sözlərlə cavab verib.

Xəbər verildiyi kimi, bu ərəfələrdə Nikol Paşinyan Aleksandr Likaşenkonun Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla Kollektiv təhlükəsizlik muqaviləsi təskilatınındakı (ODKB- KTMT) situasiyanı müzakirə etməsinə etiraz olaraq ondan bunun izahını tələb edəcəyini bildirmişdi.

Bu gün Belorusiya Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz Paşinyanın sözlərini şərh edb. “”Görünür, Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan özünü ölüm hökmü verən və bağışlayan səlahiyyətində olan beynəlxaq prokurur hiss edir””-deyə Qlazın sözlərindən nəşr sitat gətirib.

XİN nümayəndəsinin sözlərinə görə bu ton KTMT-nın keçmiş başçısı Ermənistan vətəndaşı Yuri Xaçaturova münasibətdə keçərlidir. Lakin beynəlxaql münasibətlərdə dəqiq prokotol normaları və etiket qaydaları var. “”Yəqin cənab Paşinyan hələ də anlamır ki, küçə demokratiyası adlanan qayda böyük siyasətdə qəbuledilməzdir””.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir