Moskva meri seçkilərinin rəsmi nəticəsi açıqlandı


Moskva  meri seçkilərinin  rəsmi nəticəsi açıqlandı
Bu ikinci turun olmayacağından xəbər verir

Moskva şəhər seçki komissiyası Moskva meri seçkilərinin rəsmi nəticələrini açıqlayaraq, Sergey Sobyaninin şəhər meri seçildiyini təsdiqləyib. Bu məlumatı jurnalistlərə seçki komissiyasının sədri Valentin Qorbunov verib.

“Qərar qəbul edildi”- jurnalsitlərə açıqlamasında o belə deyib. Moskva şəhər Seçki komissiyasının üzvləri yekun protokolunu imzalayıblar.

Son nəticələrə görə Sobyanin 51,37 % səs toplayıb. Ona ən güclü rəqib olan müxalifətçi Aleksey Navalnı seçicilərin 27,24 % səsini alıb.

Kommunist partiyasının namizədi İvan Melnikov 10,69 faiz , “Yabloko”nun lideri Sergey Mitroxin 3,51 faiz, LDPR-in namizədi Mixail Deqtarev 2,86 faiz, “Spravedlivaya Rossiya”dan olan namizəd Nikolay Leviçev 2,79 faiz səs toplayıblar.

Moskva şəhər seçki komissiyasının sədrinin sözlərinə görə seçkinin nəticələri haqqında məlumat komissiyanın saytında dərc olunub. Sobyaninin Moskva şəhər meri kimi qeydiyyata alınması qərarı isə üçüncü gün komissiyanın yığıncağında qəbul ediləcək.

Xatırladaq ki, müxalifətin namizədi Navalnı səsvermənin nəticələri ilə razılaşmadığı və səslərin yenidən hesablanması tələbilə çıxış etmişdi. Bazar günü Bolotnı meydanında bununla bağlı razılaşdırılmış mitinq keçirilmişdi. Seçki komissiyasının rəsmi açıqlaması bu etirazın gözardı edildiyini göstərir.

Leyla Bayramova
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir