Moskvada özbək kafesinə basqın ediblər


Moskvada özbək kafesinə basqın ediblər
Noyabrın 15-də axşam saatlarında Moskvanın Aviasiya küçəsində yerləşən “Ya Samarkand”” (Mən Səmərqənd) adlı özbək kafesinə basqın olub. Beysbol ağacı ilə “”silahlanmış”” 19 nəfər sağlam və güclü adamlardan ibarət dəstə kafeyə daxil olaraq qab-qacaqları, stol, stulları qırıb və bütün müştəriləri, işçiləri qorxudublar.

“”İnterfaks”” agentliyinin verdiyi məlumata görə onların hamısı maskada olduqları üçün üzlərini görmək mümkün olmayıb. Kafenin sahibi canını qurtarmaqdan ötəri özünü ikinci mərtəbənin pəncərəsindən atıb. Hüquq mühafizə orqanlarından verilən məlumata görə o, xəsarət alıb və hazırda xəstəxanadadır.

Daxili işlər nazirliyin Moskva idarəsinin məbuat xidməti kafeyə baxqın faktını təsdiqləyib. Hazırda polislər orada yoxlama keçirilər. Maskalıların kafeyə hansı məqsədlə basqın etdikləri haqda məlumat verilmir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir