Moskvada skripkaçı Anar Yusifovun “İlin fəsilləri-Caz mövsümü” layihəsi


Moskvada skripkaçı Anar Yusifovun  “İlin fəsilləri-Caz mövsümü”  layihəsi
Moskvada virtouz skripkaçı Anar Yusifovun “İlin fəsilləri-Caz mövsümü” musiqili layihəsinə start verilib. Anar Yusifovin skripkada ifası və “The Moscow Jazz Passengers”” ansamblının birgə uyğunlaşmasından döğulan Rusiya səhnəsi üçün tipik olmayan yeni layihədə müasir müsiqi tendensiyaları və məhşur italyalı Antonio Vivaldinin klassik irsi balanslaşdırılmış çərçivəvə təqdim ediləcək.

İki müxtəlif stili özündə birləşdirən parlaq və səsgətirici bu layihə əsl caz, eləcə də klassik musiqi bilicilərinin zövqünü oxşayacaq.

Yeni musiqili layihə iştirakçılaırının tərkibi maraqlı və çoxsahəlidir.

Anar Yusifov yeni layihə çərçivəsində məhşur italya bəsətəkarı Antonio Vivaldininin əsərlərinə müraciətlə 4 skripka konserti verəcək. Skripkaçı Vivaldinin müəllif üslubunu və əsərin musiqi ideyasını dəyişmədən özünün orijinal yorumuna improvizasiya və ritmlər əlavə edərək onu əsas caz elementləri ilə dolğunlaşdırıb.

“”The Moscow Jazz Passengers”” ansamblı bu heyətdən: Dmirti Kondraşev (saksafon) , Yevqeni Qreçişev (fortopiano), Pavel Protasov (kontrabas), Aleksandr İvanov (baraban) ibarətdir.

Konsert mart ayının 4-də Moskvanın “Esse” caz klubunda keçiriləcək.

Qonaqlar saat 19:30-a kimi toplanacaq.

Maraqlananlar üçün konsertin keçirildiyi ünvan: Moskva, Pyatnitskaya küçəsi ev 27, sıra 3A.

Əlaqə telefonu +7916 036 52 23

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir