Necati Şaşmaz və Hasan Kaçan Ərdoğanla görüşdü


Necati Şaşmaz  və Hasan Kaçan Ərdoğanla görüşdü
Türkiyənin baş naziri Recep Tayyip Erdoğan AKP mərkəzində tanınmış aktyor Necati Şaşmaz və Hasan Kaçanı qəbul edib. Oyunçularla görüş qapalı şəraitdə keçib.

Görüşdən sonra aktyorlar media nümayəndələrinə açıqlama veriblər.

Nasan Kaçan və Necati Şaşmazın görüşmək istədikləri tələbini müsbət qarşılayan baş nazir hər iki aktyoru dinləyib. Aralarındakı söhbəti mediaya qismən açıqlayan aktyorlar Gezi Parkında olan olayların Türkiyənin xaricdən imicinə nə qədər ziyan verdiyini vurğulayıblar.

Oynadığı roldan dolayı Polad Ələmdar kimi tanınan Necati Şaşmaz dirənşçilərə qoşulmadığı və keçən iki həftədə susduğunun səbəbini belə izah edib.

“İki həftəyə yaxındır ki, hər kəs kimi çox üzgünəm. Təəssüf ki, Türkiyəmiz bunu haqq etmirdi deməkdən başqa bir söz söyləyə bilmirəm. Sanıram bizə göz dəydi. Dinləyən toplum, eyni dildən danışan toplum olmamız gərəkir”.

Necati Şaşmaz onu da əlavə edib ki, 10 gün susub və gözləyib ona görə ki, tələsik davranıb yanlış sözlər söyləyə biləcəyindən əndişə edib. Onun Gezi Parkına getdiyinə dair xəbərin yalan oldugunu da söyləyən Necati Şaşmaz:-“ Mən ora getmədim. Mən Gezi Parkına getmərəm. Atatürkün əsgəriyəm deyənlə, bir başqasının əsgəriyəm deyənlə oranı bölmək istəmirəm. Orada səmimi dostlarımın yanında olmağı mən də istərdim. Hər tərəf türk bayragı olursa, inanın mən də oradayam. Mən başqa bir şey istəmirəm. Bu an düşdüyümüz durum dünyanın gözündə çox üzücüdür”-deyə söyləyib.

Necati Şaşmaz onu da qeyd edib ki, xaricdən dostları, tanışları zəng edib, Türkiyədə nə baş verdiyini soruşurlar.

“Bu gəmi batsa, biz hamımız onun içindəyik və biz də batarıq-deyən tanınmış aktyor ona görə də dinləyib anlaşmaqla bu işi çözmək tərəfdarı olduğunu bildirib. Baş nazirlə görüşlərində də bunları çatdırdıını söyləyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir