Obama ilə 4 il daha


Obama ilə  4 il daha
Amerikada prezident seçkiləri Barak Obamanın qələbəsi ilə başa çatdı. İkinci dəfə prezident seçilən Barak Obama amerikalılara “yaxşı zamanlar hələ qabaqdadır”-deyib. Qələbə nitqini o, siyasi karyeraya başladığı Çikaqoda şəhərində seçiciləri qarşısında söyləyib.

“Biz xeyirxah Amerikaya, şəfqətli Amerikaya, tolerant Amerikaya inanırıq” –deyib Obama. Prezident -demokrat ölkə qarşısındakı çətinlikləri siyasi partiyaların gücü ilə aradan qaldıracağına, respublikaçılarla da anlaşmağa cəhd edəcəyinə söz verib.

CNN, Fox News və CBS News telekanallarının verdiyi məlumatlara görə hazırkı dövlət başçısı seçici kollegiyada səsin 303-ü qazanmağa nail olub. Ona qələbə üçün bu səslərin 270-ni toplamaq kifayət edərdi. Onun rəqibi Mitt Romni 206 səs toplayıb. Bülletenlərin rəsmi hesablanması hələ bitməsə də Mitt Romni oppinentinin qələbəsini etiraf edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir