Putin qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Tehrana gedib


Putin  qaz ixrac edən ölkələrin  forumunda iştirak etmək üçün  Tehrana gedib
Rusiya lideri səfər çərçivəsində İslam respublikasının ali rəhbəri Əli Xameneyi ilə danışıqlar aparacaq.

Rrezident Putin bu gün qaz ixrac edən ölkələrin sammitində iştirak etmək üçün Tehrana gəlib.

Səfər çərçivəsində Rusiya lideri İran İslam Respublikasının ali rəhbəri Əli Xomeneyi və ölkə prezidenti Hasan Ruhani ilə danışıqlar aparacaq. O da xəbər verilir ki, eyni zamanda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Venesuelanın prezidenti Nikolas Mudro ilə də görüşü olacaq.

Putinlə Əli Xameneyinin söhbəti zamanı Suriayadakı münaqişənin həlli, terrorla mübarizə və İŞİD terror qruplaşmasına qarşı əməliyyat məsələlərinə toxunulacaq. Rusiya-İran danışıqlarının sonunda sənəd imzalanacağı gözlənilir.

Qaz ixrac edən ölkələrin forumunda Boliviya, Venesuela, İRan, Nigeriya, Qvineya prezidentləri, həmçinin Əlcəzayirin baş naziri iştirak edəcəklər. Digər ölkələr enerji sektorları rəhbərləri səviyəsində təmsil olunacaqlar.

Sammitin yekunlarına görə qaz sferasinda beynəlxalq əməkdaşlıq məsələləri ətrafında birləşən üzv ölkələrin prinsipial mövqələrini əks etdirən birgə deklarasiya imzalanacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir