Riqada ölənlərin sayı 45-ə çatdı


Riqada ölənlərin sayı 45-ə çatdı
Bu rəqəmin artacağı inkar edilmir.

Hadisə 21 noyabr axşam saatlarında Riqanın Zolitude rayonundakı “Maxima” ticarət mərkəzində baş verib. Binanın əvvəl bir divarı üçüb və tavanı çöküb, sonra isə o biri divar yıxılıb. İnsanlar üçqunlar altında qalaraq həlak olublar.

Əvvəl 25, sonra 38, hazirda isə 45 nəfərin həyatını itiriyi haqqında Latviya KİV-i məlumat verib. Uçurum altında nə qədər insanın qaldığı bilinmir, amma onlarla insanın olduğu deyilir. Sağ olanlar da var, xilasedicilər onların qışqırtısını eşitdiklərini bildiriblər.

Bu faciə ilə bağlı Latviyada 22- 25 noyabr tarixində 3 günlük matəm elan edilib.

“Maxsima” ticarət mərkəzi 2011-ci ildə tikilib. Binanın tikintisində RE&RE kompaniyası iştirak edib. Focus.lv –nin verdiyi məlumata görə RE&RE kompaniyasının sahiblərindən biri Aynars Pauninş ürək tutması ilə xəstəxanaya qaldırılıb.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir