Rusiya qazın Ukraynadan tranzitinə razıdır, lakin şərti var


Rusiya qazın  Ukraynadan tranzitinə  razıdır, lakin şərti var
Rusiya XİN-yi qazın Ukrayna ilə tranzitinin yalnız onun şərtləri əsasında davam etdirilməsinə razı ola biləcəyini bildirib. Bunu “RİA Novosti””-yə müsahibəsində RF xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan edib.

Onun sözlərinə görə “”Bir sıra elementlər var ki, ukraynalılar bununla razılaşmırlar””. “”Biz Ukraynadan tranziti bizə lazim olan şərtlərlə davam etdirməyə hazırıq””-deyə diplomat söyləyib.

Nazir müavini hesab edir ki, “”Ukraynanın qaz nəqliyyatı sistemində qeyri-müəyyənlik var. Bəyan edilən varinatlardan biri- hazırda fəaliyyətdə olan müqaviləni vacib dəyşiklərlə davam etdirilməsi olar. Lakin Ukrayna bu variantı qəbul etmir. Burada müqavilənin avtomatik uzadılmasından söz gedə bilməz, bəzi müəyyən nüanslar var ki, onları təmizləmək lazımdır””-deyə Pankin qətiyyələ bildirib.

Yanvarın 21-də Brüsseldə Avropa Birliyi, Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşü olmuşdu. Görüşün nəticələrinə görə tərəflər Rusiya qazının Ukraynadan tranziti məsələsi ilə bağlı danışıqları 2019-cü ilin mayında Ukraynada keçiriləcək prezident seçkilərindən sonraya saxlamağı qərara alıblar.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir