Rusiyada ictimai yerlərdə QR tələbi ləğv edildi


Rusiya ictimai yerlərdə OR kodun tətbiq edilməsi ilə bağlı tələbindən imtina edib.  Belə ki, QR kod haqqında qanun layihəsinin müzakirəsinə son qoyulub.

Parlamentin spikeri Vyaçeslav Volodin bildirib ki, Dövlət Dumasının Şurası ictimai yerlərə getmək üçün QR kodlu sertifikatların tətbiqi haqqında qanun layihəsini yekdilliklə müzakirədən çıxarıb.

“Dövlət Dumasının Şurası yekdilliklə QR kodlar haqqında qanun layihəsini müzakirədən çıxartdı”. Bunu  dövlət Dumasının spikeri  Telegram kanalında yazıb.

Xatırladaq ki, Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak bildirib ki, hökumət “Vahid Rusiya”nın təklifi ilə ictimai yerlərdə QR kodlar haqqında qanun layihəsinin ikinci oxunuşuna dəyişiklik edir, ona görə də onun baxılması hələlik təxirə salınmalıdır.

O izah edib ki, sənəd deltanın gərginliyinə adekvat cavab kimi hazırlanmışdı, lakin vəziyyət dəyişib.

Bir müddət əvvəl dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, epidemioloji vəziyyətin dəyişməsi ilə əlaqədar QR kodlar haqqında qanun layihəsindəki maddələr prezident Vladimir Putinin göstərişinə əsasən siyahdan çıxarılacaq.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir