“Sevgililər günü”Rusiyada populyarlığını itirir


“Sevgililər günü”Rusiyada populyarlığını itirir
Hər 5 nəfərdən biri sevgilisini hədiyyəsiz qoyur.

Rusiya sakinləri çox vaxt Müqəddəs Valentin gününü unudur. 2007-ci ilin sorğularına görə o zaman 1miyon 700 min adamdan yarısı Sevgililər gününü qeyd edəcəyini deyirdisə, bu il respondentlərin 28 faizi segililər gününü bayram edəcəyini bildirirlər. Bu ənənəni hər üç qadından və hər dörd kişidən biri dəstəkləyib.

Sevgililər gününün ən polulyar hədiyyəsi gül və şam işığında romantik şam yeməyi olaraq qalır. Bir çoxları öz sevgilisinə kino və ya konsertə bilet hədiyyə etməyi düşünür. Eksklüviz hədiyyələr sırasına Rusiyaya ekskursiya turu, xolsta köçürülmüş ümumi şəkil, həmçinin öz əlləri ilə düzəldilmiş ürəkşəkilli balınc da da daxildir.

Amma hər beş nəfərdən biri sevgilisinə heç nə hədiyyə etmir. Yəqin ki, bir çoxları sevgi sms-ləri, internetdən köçürülmüş gül buketləri ilə kifayətlənəcəklər. Necə deyərlər, əsas niyyətdir.

Rəvan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir