Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Zirəddin Rzayev nadir it  cinsi  çoxaltma  biznesi qurub
Tanınmış Ekstrasens Zirəddin Rzayev "insanların dostu" olan itlərin saxlanması və çoxaldılması biznesi qurub. Rusiyanın Ekspress qəzeti "Esktrasenslərin yarışı" 6-cı sezonunun finalçısı olan soydaşımızın kölgəyə çəkilmədiyi, vaxtaşırı Rusiya telekanallarında, o cümlədən hazırda TNT-nin "Ekstrasenslər istintaq aparırlar" proqramında mütəmadi olaraq iştirak etdiyi, onun "sehrli sexdəki həmkarlarından" fərqləndiyindən yazıb.
Putinin tənqidindən sonra Rusiya dövlət teleşirkəti Bakı Avropa oyunlarını  10 dəfə atıq işıqlandırmağı qərara aldı
Putin də fərq etdi. Azərbaycan paytaxtı Bakıda keçiriləcək və idman hadisəsi olan I Avropa oyunları yaxınlaşsa da, Rusiya KİV-də ona yetərincə diqqət ayrılmadığı görünürdü. Qeyd edək ki, 2015-ci il iynun 12-dən 28-nə kimi Bakıda keçiriləcək I Avropa oyunlarının yayım hüququnu Ümumrusiya Dövlət Teleradio Şirkəti (VQTRK) alıb. Bu haqda Rusiya Olimpiya komitəsinin saytında məlumat verilir.
ASGA-nın Rusiya Nümayəndəliyi  slavyan ölkələrindəki azərbaycanlıları tanıtdıracaq layihəyə başladı
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya Nümayəndəliyinin “SLAVYAN ÖLKƏLƏRİNDƏKİ AZƏRBAYCANLILAR” adlı layihəsi start götürüb. Bütün slavyan dünaysındakı azərbaycanlıları tanıtdırmağa xidmət edəcək layihə bir il ərzində davam edəcək.
Moskvada fırtınaya görə 100-dən çox aviareys geçikir
Pis hava şəraiti Moskva aeroportlarında uçuşları dondurdu. Bu gün axşam saatlarında firtina və güclü yağışa görə Moskva aeroportlarında 100-dən aviareys gecikdirilib.

Moskvadakı pis hava şəraiti bir şox aviareysin saxlanmasına səbəb olub. Şeremetyevo aeroportunda 50, Domodedovo aeroportunda 59, Vnukovo aeroportunda 3 reys gecikib. Ümumilikdə 19 reys təxirə salınıb.

/Yenises.ru/
Pozner Rusiyada müstəqil KİV-in olmadığını bəyan edib
Tanınmış telejurnalist, "Bizinci kanalda" verilişinin aparıcısı Vladimir Pozner Rusiyada müstəqil medianın olmadığını söyləyib. O, İnsan haqları üzrə prezident şurası və mediadan şikayət ictimai kollegiyasının birgə keçirdiyi azad söz sahəsindəki vəziyyətə həsr olunmuş konfransda kəskin bəyanatla çıxış edib.
Çeçensitanda  "Minilliyin  toyu". Ramzan Kadırov "lezginka" oynadı
Qroznıda rayon daxili işlər şobəsinin başçısı Najud Quçikov ilə 17 yaşlı Heda Qoylabiyevin nigah mərasimi olub. "Novaya qazeta"nın yetkinlik yaşına çatmamış qızla məmurun toy etmək istəməsi haqqında məlumatında bu onun ikinci evliliyi olduğu deyilirdi. Toyda Çeçenistan prezidenti Ramzan Kadırov da iştirak edib. O toyu "Minilliyin şənliyi" adlandırıb.
Mursiyə ölüm hökmü oxunandan sonra yaraqlılar  3 hakimi güllələyib
Misirin Sinay yarımadasının şimalında yaralılar Misir hakimlərinə hücum ediblər. Nəticədə 3 hakim öldürülüb, 3-2 isə agır yaralanıb. Bu barədə AFP yerli polislərə istinadən məlumat evrib.

Hakimlər İsmailiyə şəhərindən Əl-Ərişə məhkəməyə gedirlərmiş. Misir polisin başçısı yüksək hazırlıqlı rejim elan edib və günahkarların tapılması tapşırığını verib.
Rusiyanın tanınmış iş adamı  Məzahir Bağırovun atası vəfat edib
Moskvada tanınmış həmyerlimiz, iş adamı, Rusiya dövlət müsəssisəsi olan "Oçakov" pivə zadvodunun texniki direktoru Məzahir Bağırovun atası Dadaş Bağırov uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etmişdir.
Moskvada Şuşanın işğalı anıldı
Moskvada Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi (ASGA)Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondu (AMİİF) ilə birgə Şuşanın işğal olunmasının 23 illiyinə həsr edilmiş "Şuşaya azadlıq" adlı yığıncaq keçirdi.

2015-05/1431117564_foto.jpg[/thumb]
Нижегородское отделение ВАК организовало праздничное мероприятие по случаю 70-летия Великой Победы
Нижегородское региональное отделение Всероссийского Азербайджанского Конгресса (НРО ВАК) организовало и провело большое праздничное мероприятие, посвященное 70-летнему юбилею Победы в Великой Отечественной войне.

Как сообщает пресс-служба НРО ВАК, в фойе Центрального дворца культуры железнодорожников был установлен плакат «Победа в каждом из нас», на украшенном флагами России и Азербайджана столике производилась регистрация посетителей торжества – не только нижегородцев, но и гостей, прибывших из разных, даже самых отдаленных уголков Нижегородской области, а также Рязани и Москвы.

Moskvada Qadınların "Nicat" xeyriyyə fondu  Qələbənin  70 illiyi ilə bağlı  tədbir keçirdi
"1941-45-ci illərdə Böyük vətən müharibəsində Azərbaycan qadınlarının rolu " adlı ədəbi- bədii gecə AMİİF-in ofisində keçirildi. Müharibə dövrünün uşaqları-Lidiya Vasiliyevna Triadskaya, Anna Konstantinovna Blaqova və Yelena Sergeyevna Durovanın qonaq olduğu tədbiri "Nicat" xeyriyyə fondu idarə heyətinin üzvü Validə Məmmədova açdı.
AzerRos  Millətlər evində “1941-45-ci illər Böyük Vətən müharibəsində Azərbaycanın rolu” mövzusunda dəyirmi masa keçirib
Aprel ayının 27-də Moskva Millətlər evində “Böyük Vətən müharibəsində Azərbaycanın rolu”na həsr olunmuş dəyirmi masa keçirilib. Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunan tədbirdə “AzərRos” FMMM, Rusiyada mövcud olan muxtariyyətlərin rəhbərləri, Böyük vətən müharibəsinin iştirakçıları, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, ziyalılar və jurnalistlər iştirak ediblər.
Baxış bucağı: ANAR HƏSƏNOV  "Ermənilər və Ermənistanla bağlı düşüncələrini "Yenises.ru" ya yazdı
Moskvada təhsil aldığım illərdə eyni qrupda oxuduğum ermənidən Azərbaycan xalqının onlarla müqayisədə daha həmrəy olduğunu eşidəndə, təəcüblənib, ona, “əksinə, bu keyfiyyətdə bizdən irəlidəsiniz” deyib, iradımı bilidirmişdim. O isə cavab olaraq mənə dəfələrlə məşhur lətifəni misal çəkib, sonda, “bax, sizin üçün qazılan quyu ən dərin olmalıdır ki, çıxa bilməyəsiniz, biz ermənilərə isə yarım metr bəs edər ki, biri birimizə qurtulmağa mane olaq” deyib, fikrini tamamlamışdı. O illərdən 10 ildən çox vaxt keçib…. O söhbətə bu gün təkrar qayitsaq, indi erməniyə irad etməzdim. Artiq əminəm ki, ermənilərin ağli, fərasəti, həmrəyliyi, hiyləsi haqda biz əsrlərdir ki, miflər uydurmuşuq. Və bu mifin bizə vurduğu zərbə o qədər böyük olub ki… Mən müharibə dövrünün uşağıyam… xoşüm gəlməyən, utancverici “erməni gəldi” cümləsi heç qulağımdan getmir bu günə kimi. Bu iki sözü eşidib, nə qədər kənd, şəhər boşaltmışıq!!! Amma heç bir dəfə də eşitmədim “Qəhrəman Məhərrəm, Bəhruz, Rövşən, Rasim, Allahverdi Bagirov, Gəncə botalyonu, Laçın polku , Milli ordu burdadir, dadimiza çatacaq” cümləsini…
Azərbaycanda MediaGroup.az adlı  sayt fəaliyyətə başladı
Azərbaycanda media ailəsinə daha bir sayt qoşuldu. Mediagroup.az adlanan saytı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri açıb. Bu haqda məlumatı saytın tələbə baş redaktoru Azər Ağayev verib.
TƏBRİK EDİRİK!
Aprelin 20-si Azərbaycan ədəbiyyatının patriarxı, orta əsrlər rus və dünya ədəbiyyatının, sovet ədəbiyyatının kamil bilicisi, yazıçı, ədəbi tənqidçi, tədqiqatçı alim, pedaqoq, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Çingiz Hüseynovun doğum günüdür. “Yeni səs” kollektivi adından həmyerlimizi ürəkdən təbrik edir, minlərlə insanın imzalayacağına əmin olduğumuz aşağıdakı etirafı Çingiz müəllimə ərməğan edirik.
Moskvada  azərbaycanlı  şagird   “Açıq dərs"də  Qarabağın tarixindən danışdı
Moskva məktəblərindən birində 11-ci sinfin tarix fənnindən keçirilən “Açıq dərs”i Qarabağ mövzusuna həsr edilib. Əslində rus məktəbində Azərbaycanın işğal altında olan ərazisi -Qarabağ, onun tarixinə müraciət olunması həmin məktəbin 11-ci sinif şagirdi Pərvin Qurbanovanın sayəsində baş tutub.

Zaman-zaman işğala məruz qalan , 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan dilbər güşəmiz Qarabağ haqqında həqiqətləri dilə gətirən, onun tarixi Azərbaycan torpaqları olduğunu oxuduğu tarixi mənbələrə isitinadən dəlillər və sübutlarla ortaya qoyan Pərvin Qurbanovanın məruzəsi şagirdlər və müəllim kollektivi tərəfindən rəğbətlə qarşılanıb.
Rusiya Xalq təsərrüfatı akademiyasında MDB miqrasiya xidməti rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirildi
[size=2Bu gün Prezident yanında Rusiya Xalq təsərrüfatı akademiyasında (RANXiQS) Rusiya Federal Miqrasiya Xidməti (FMX) və MDB ölkələri miqrasiya xidməti Ali şurası rəhbərlərinin iştirakı ilə “XXI əsrin müasir tendensiyası. Miqrasiya sahəsində əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirildi.
Azərbaycan diasporunun tanınmış rəhbəri  Söhrab İbrahimov vəfat edib
Azərbaycan diasporunun dəyərli rəhbərlərindən biri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl şöbəsinin sədri
Söhrab Mədət oğlu İbrahimov bu gün-9 apreldə Yaroslavl şəhərində uzun zaman əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Onun vaxtsız ölüm xəbəri təkcə Yaroslavl azərbaycanlılarını deyil, Moskvadakı ziyalıları, bütün onu sevənləri sarsıdıb.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru