Pentaqon Manbiji Rusiya ordusunun  nəzarətinə verdi

Türk ordusunun Suriya azad qüvvələri ilə birgə Manbijdə keçirdiyi əməliyyata Rusiyanın dəstək verdiynə eyham edən Pentaqon amerikalıların həmin ərazini faktiki olaraq ruslara verildiyini deyib. Kürd yaraqlılarının təmsil olunduğu "Suriya demokratik qüvvləri" qruplaşması isə amerikalı hərbçilərin oradan çıxarılması, onlara vəd edilən dəstəyin kəsilməsini "bıçaqla arxadan vurulan zərbə" kimi dəyərləndirib.
Rusiyada  elektron poçt  yazışmaları "süzgəncdən" keçiriləcək
Belə bir qaydanın tətbiq olunması təklifi senatorlardan gəlib. Rusiyada yayımlanması qadağan edilən xəbərləri ötürənlərin elektron poçtları bloklanacaq. Bu qadağan olunmuş məlumatların yayılmaısnın qarşısını almaqla bərabər, vətəndaşları daşıyacaqları məsuliyyətdən bir növ qurtarmağa xidmət edir. Yeni qanun layihəsini Dövlət Dumasına təqdim edən müəlliflər belə düşünür.
Macarıstan ukraynalılara verdiyi  pasportunu  geri alır
Macarıstan höküməti saxta sənədlə özünü etnik macar kimi təqdim edən ukraynalı Zakarpatya sakinlərinə verdiyi pasportları geri qaytarmaq məcburiyyətindədir. Bu haqda Obzor TV -nin efirində Zakarpatya vilayət dövlət administrasiyasının rəhbəri Gennadi Moskal deyib.

"İndi onlar birini verir, 20-30 digərini ləğv edir"-deyə o, əlavə edib ki, Macarıstan vətəndaşlığına dair qanunu pozan icra başçısı rəhbərlərinə qarşı məhkəmə araşdırması gedir.

Moskalın sözlərinə görə polislərə göstəriş verilib ki, macar dilində danışa və başa düşməyən insanların sənədləri geri alındı.

O onu da qeyd edib ki, "Macarıstan prezidentinin gündəliyi" mövcuddur və onun hər buraxılışında hansı insanların vətəndaşlığının ləğv olunması iki-üç səhifədə verilir.

Rəsmi Budapeşlə Kiyev arasında növbəti münaqişə 2018-ci ildə internetdə Macarıstan konsulluğunda ukraynalılara macar pasportu verilməsi ilə bağlı video yayımlanandan sonra gərginləşmişdi.

Yenises.ru
Müqayisə olunmayacaq ünvanın adı: Müəllim!
Müəllim- bizə şəkil verən Yaradanın işinə qarışmadan o şəkli anlamla yükləyən İNSANdan bir pillə yüksək Tanrıdan ayrıcalığını haqq edən MÖCÜZƏ kimi gördüyümdü. Valideynlərimdən sonra ilk dəfə danışdığım kəlmələrin şəkli olduğunu, düşündüyümün bir də sözlərə çevrilib yazıya töküldüynü anladandı. Fərqli bir dünyadan fərq yaratmaq üçün gələndi.
Fransa tarixində iki dəfə baş nazir olmuş  sabiq  prezident Jak Şirak vəfat edib
Bu haqa Frans Press agentliyi ailəsindən aldığı xəbərə istinadən məlumat verib. onun 86 yaşı vardı. Jak Şirak 1995-ci ildən 2017-ci ilə kimi ölkəyə başçılıq edib.

Fransa Milli yığıncağı sabiq liderin xatirəsini bir dəqiqəlik sükutla anıb. Jak Şirak ölkənin cənubunda dpğulub. Təhil aldıqdan və hərbi xidmət keçdikdən sonra siyasətə atılıb. Gənc yaşlarında kommunistlərə rəgbəti olub, sonradan sağçıların liderinə çevrilib.

Şarl de Qoll və Jorj Pompidin seçki kampaniyalarında böyük rol oynayıb. İkincinin zamanında kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərib.

Sonrakı prezident Jikar de Estenn zamanında baş nazir təyin edilib. Sonra onu oradan uzaqlaşıdırblar və da "Resublikaya yardım və birləşdirmə" müxalifət partiyasına rəhbər seçilib.

Rusiyada balkonda siqaret çəkmək yasaqlandı
Rusiyada balkonda siqaret çəkmək və kabab bişirmək qadağan olunur.

Rusiya höküməti yanğına qarşı qaydalarda dəyişiklik edərək evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə etməyin yasaqlanmasını qərara alıb. Bu haqda Rusiya Fövqəladə hallar nazirlyinin mətbuat xidmətinin xəbərində deyilir.

"RF höküməti yanğın təhlükəsizliyini təmin etməkdən ötrü bir neçə tələbləri nəzərə alıb. İndi evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə edilməsi qanunla qadağan olunur"-deyə məlumatda bildirilir. Beləliklə. rusiyalılar balkonda siqaret çəkə, kabab bişirə, hətta şam yandıra bilməyəcəklər.

Bununla yanaşı siqaret çəkmək üçün ayrılan xüsusi yerlərə bu şamil edilmir. Yeni qayda oktyabrın 1-dən qüvvəyə minəcək.

Yenises.ru
SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.
Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Kseniya Sobçak ikinci nigahında "olumla-ölümü" bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
Sovet dövrünün  “drujinnik”ləri   yenidən qayıdırmı?

Bu təkliflə Rus Cəmiyyəti Konqresi çıxış edib. Onlar bu yolla Rusiyada milli-münaqişənin qarşısını almaq fikrindədirlər.
Hazirda nazir muavini olan Dmitri Roqozinin təməlini qoyduğu Rus Cəmiyyəti konqresinin (RCK) təmsilçiləri Rusiyanın şəhər küçələrində patrulluq edəcəklər. Bununla onlar millətlərarası-münaqişənin qarşısını qismən də olsa almaq niyyətindədirlər.

Rus Cəmiyyəti Konqresinin rəhbəri, “Yeninaya Rossiya”dan seçilmiş dövlət Dumasının üzvü Alkesey Juravlyov “İzvestiya”ya açıqlamasında hərəkat üzvlərinin milli-münasibətlər gərgin oln yerlərdə patrulluq edəcəyini deyib. Təşkilat “Rusiyanın münaqişəli yerləri xəritəsi”ni hazırlamağı nəzərdə tutur. Rusiyada təhlükəli yerlər nə bir, nə də ikidir. Buna göz yummaq olmaz, haçansa bir yerdən partlayacaq və sonra gec olacaq. Əslində onsuz da partlayır. Bunu görmürmüş kimi göstərmək sadəlövhlükdür-deyə Juravlyov bəyan edib.




Estoniyalı nənə 400 minə yaxın  avro udub


Əslində evdən dükana tava almağa gedən təqaüdçü nənə 400 min avro udub. Yolda yağışa düşən yaşlı qadın həyat yoldaşı ilə kazinoya daldalanmağa girib. Və əli dinc durmayaraq kazinoda 30 sent qoyaraq oynayıb.

Oyun avtomatı 378 min avro udduğunu göstərib.

Estoniyada bu ən böyük uduş məbləği olduğu bildirilir. O da xəbər verilir ki, təqaüdçü nənə o gün tava ala bilməyib! Amma durduğu yerdə birdən birə milyonçu olub.

Moskvada Böyük  Vətən Müharibəsinin başlaması günü  anıldı
DAK-in və “Pobeda” kimsəsiz uşaqlara və veteranlara yadım fondunun təşkilatçılığı ilə düz 71 il bundan əvvəl elə bu gün- iyun ayının 22-də Sovetlər Birliyinə qaqşı Almaniyanın müharibəyə başlmasının anım mərasimi keçirildi.
Paytaxtın “Robinzon” restoraında təşkil olunan mərasimdə iştirak edən Çaritsino rayonun muharibə veteranları qanlı qadalı illərin xatirəsindən, səngərdə azərbaycanlılarla çiyin-çiyinə vuruşub milli birliklə bu müharibəni udmalarından danışdılar.
Caniyə  eşq məktubları!
Norveçdə 77 adamı qətlə yetirən Anders Breyvikə dünyanın dörd bir yerindən eşq məktublarə göndərildiyi açıqlandı.

Norveç informasiya agentliyinin məlumatına görə həbs edildikədn sona biradamlıq kamerada saxlanılan Breyvikə dünyanın bir çox yerindən qadınlar eşq məktubları göndərirlər.

Rusiyada spirtli içkilərin alıcılarınn yaş həddi 18-dən 21-ə  artırılacaq
Spirtili içkilərin satılmamasına qoyulan yaş həddinin 18 –dən 21-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsi Rusiya dövlət Dumasının payız sessiyasında müzakirəyə çıxarılacaq. Bu haqda layihənin müəllifi, Dumanın “Yedinaya Rossiya” fraksiyasının birinci müavini Vyaçeslav Timçonka məlumat verib.

Yeri gəlmişkən LDPR lideri Vladimir Jirinovskiy bütün partiyaları alkoqolizmlə mübarizədə bir araya gələrək, Rusiydada (“suxoy zakon”) qadaga tətbiq etməyə çağırıb. O həm də ictimai ayıltama məntəqəsi yaratmağı, məktəblərdə “alkoqolizm, onun doğurudğu fəsadlar və profilatkik müalicəsi” mövzusunda dərslər keçirilməsini təklif edib.

/Yenises.ru/

Rusiyalıların çoxu miqrantların qanunu  bilmədiklərini  düşünürlər
İctimai Rəq Fondunun apardığı sorğunun nəticələrinə görə rusların əksəriyyəti hesab edirlər ki, miqrqantlar Rusiya qanunlarını bilmədikləri üçün öz maraqlarını müdafiə edə bilmirlər.
Rusiyalıların 71 faizi bu fikirdədir. Resondetlərin 15 faizi isə bunun əksini söyləyirlər..

Təxminən Rusiyalıların 3-dən biri işçi miqrantların rus dili, Rusiya qanunvericiliyi və rus mədəniyyətindən imtahan vermələri vacibdir. Bir qism insan isə imtahanın o qədər də vacib olmadığını, amma onlara təhsil verilməsini uyğun sayır.
Rusiyada Yeqovaçı soydaşlarımız
Azərbaycanda fəaliyyəti geniş yayılmış “Yeqova şahidləri ” sektası Rusiyada azərbaycanlıların kompakt yaşadığı yerlərdə güclü təbliğatla məşğuldur. Bu missioner təşkilatın təsiri altına saldığı soydaşlarımızın sayı isə günbəgün artır.
Sankt-Peterburq şəhərində kucəbəkücə gəzərək, müxtəlif təbliğat vasitələri ilə insanları sektaya cəlb edən missionerlər yerlilərələ yanaşı, burada yaşayan qeyri-rusları da öz toruna salmağa muvəffəq olurlar. Butun bunları təsadüfən tanış olduğum sekta üzvündən öyrəndim. Söhbət zamani cəmiyyətin böyük əksəriyyətinin azərbaycanlı olduğunu deyən qadının sözərinə əvvəlcə şübhə etsəm də, araşdırdıqda narahatlıq doğuran həqiqətlər ortaya cıxdı...
Aysel Trudel-Birinci rus qadını

Harpers Bazaar jurnalını reytinqində birinici yeri tutan Aysel Trudeli məhz belə təqdi edib.

Moskvadaki elit butiklərin sahibi və Christian Louboutin, Agent Provocateur, Diane von Furstenberg və s. bu kimi məşhur Avropa markalarının Rusiyada nümayəndəsi azərbaycan əsilli Aysel Trudel Qərbdə öz həyat yoldaşlarını layiqli təmsil edən qadınlar reytinqində 1-ci olub. Xatırladaq ki, bu reytinqdə Anna Kurnikova, Olqa Sviblova və Natalya Bodyanova kimi tanınmış isimlər də var.

Harpers Bazaar jurnalının reytinqində birinici olan Aysel Trudel Pravda.ru saytına müsahibəsində bunun onun üçün gözlənilməz olduğunu deyib.
“Bizim litseydə bir millət var- RİYAZİYYAT!
“Bizim litseydə bir millət var- RİYAZİYYAT!
Rusiya Federasiyasinin Çelyabinsk şəhərinin 5 saylı Polis İdarəsinin mayoru Yuliya Penzinanin 31 saylı fizika-riyaziyyat litseyinə göndərdiyi sorğu dövlət orqanlarında böyük əks-səda dogurub. Polis mayoru gonderdiyi sorğuda litseydə oxuyan Qafqaz millətlərindən olan şagirdlər haqqında məlumatın (şagirdlərin soyadı, adı, ata adı, doğum tarixi, yaşadığı yerin ünvanı, oxuduqlari sinif və valideynləri haqda məlumat) verilməsini istəmişdi.

Polis  qeyri-leqal  taksilərin   “ovuna”  başladı
Paytaxt polisi qeyri-leqal taksi sürücülərini yoxlamaq üçün genişmiqyaslı əməliyyat keçirib. Keçən həftə ərizində şəhərdə 12 “qaçaq” taksi (“bombil”) saxlanılıb. Bu haqda DİN-nin rəsmilərinə istinadən RİA Novosti məlumat verib.

Bu gün polis əməkdaşları Moskvanın şimal-şərq dairəsində bir neçə qanunu pozan taksi saxlayıb. Onların maşınlarından taksi kimi istifadə etmələri, yük daşımağa icazələri olması haqqında heç bir sənədləri olmayıb.O da qeyd edilir ki, qeyri-leqal taksidə qət etdiyin məsafədən asılı olaraq gediş haqqı 100 rublla-1000 rubl arasında hesablanır. Tutulanlar inzibati qaydada cavabdehliyə cəlb olunublar. Maşınlar isə cərimə dayanacağına aparılıblar.
Fürsəti fötə verək və ya Avropa çətiri altında olmaqdan imtina
Saytımızda ilk müəllif yazımı bu kökdə və mövzuda yazmağı planlamasam da, bəzən situasiya səni qəfil yaxalayar, planından vaz keçməyə məcbur edər. Son zamanlar İran və “Avroviziya” məsələsinin gündəmi zəbt etdiyi bir vaxtda barmaqlarımı yumruq edib ha sıxdımsa, əllərimi bu istəyimə tabe elətdirə bilmədiyim kimi. Ya qəlbim əllərimi saxlaya bilmədi, ya da əllərim qəlbimi. İndi bu sətirləri yazıramsa, nə fərq edər ki, hansısa hansını yenib.
DÜŞÜNMƏYƏ DƏYƏR MƏNCƏ!

Qəribə zamanda yaşayırıq, dostlar! Tarazlığı pozulmuş, yaxşısı pisinə qarışmış, doğrusuyla yalanı arasındakı sərhədləri itmiş kimi görünən bir zamanda... İnsanlar bəzən özləri də həyatdan nə istədiklərini, nə umduqlarını bilmirlər. Əlbəttə ki, bu xaos, bu natarazlıq ədəbiyyatımıza təsir etməyə bilməzdi. Ədəbiyyat böhran içərisindədir.

Öz dövründə dahi Füzuli belə yazırdı: “Öylə bir dövrdəyəm ki, nəzm olub xar!“
Bax, indi biz də demək olar ki, buna çox bənzər hallar yaşamaqdayıq.
Dul qadınlara təqaüd verilməsin !!!
Antalyadakı Qazipaşa mahalının Kahyalar diyarı, Asarcıq məhəlləsində yaçayan 86 yaşlı Ahmet Demir hökümətin dul qadınlara təqadüd verilməsinin tətbiqinə başlanmasına etiraz etdi. 2008-ci ildə 64 yaşlı arvadı rəhmətə getdiyindən dul qalan Ahmet 5 ildir yalnız yaşadığını dedi. “Dərdim bəlli, dul qadınlara hökümət 250 lirəlik təqaüd verincə onlar da ərə getmək istəmirlər”-deyə şikayət edib Ahmet Demir.
Rusiyanın  “Vkontakte”   sosial şəbəkəsinə  Türkiyədən qadağa
Rusiyanın “Vkontakte” sosial şəbəkəsinə Türkiyədən qadağa

Bu haqda “Vedomosti ” qəzeti məlumat verib. Ehtimala görə buna sədəb vk.ru və vkontakte.ru saytları istifadəçilərinin yerləşdirdikləri şübhəli məzmunlu videolar olduğu qeyd edilir.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru