Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovaya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerova getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Hansı ölkələr rus diplomatlarını geri göndərir- Tam siyahı
Bu gün Qərb ölkələri demək olar ki, eyni anda rusiyalı diplomatlarınln gerı göndərilməsini elan ediblər. Qərar rus agenti Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə bağlı qəbul edilib.
Hüzn --NECƏ DEYƏK DOSTLARINA?
[i][b]Ağır mərəzdən əziyyət çəkdiyini yaxınları bilirdi. “Yaxınları” dediyim mübaliğəsiz Moskvada yaşayan həmyerlilərimizin demək olar hamısı idi. Əfsuslar olsun ki, amansız xəstəliyin pəncəsindən onu almaq mümkün olmadı və 61-ci yaşını doldurmağa bir gün qalmış mayın 3-də aramızdan ayrıldı. Hamımız yanına getməyə, yoluxmağa, təskinlik, təsəlli verməyə can atırdıq. Amma mətinliklə sinə gərdiyi xəstəliklə çarpışmasını bizim görməyimizi istəmirdi. O vəziyyətində bizim üzülməyimizə qıymırdı.
Putin Ukrayna qaçqınları üçün qeydiyyatı asanlaşdırdı
PF prezidenti Vladimir Putin öz ölkəsini məcburi tərk edən xarici vətəndaşlara yaşayış izni verilməsi üçün sadələşdirilmiş qanun imzalayıb. Qanun xarici vətəndaşlara və Ruisya ərazisində qaçqın kimi tanınan- kütləvi qaydada ekstremal şəraitdə Rusiyaya gələn vətəndaşlığı olmayan şəxslərə güzəştli şərtlərlə yaşamaq hüquqi alamağa icazə verir.

Qanun Ukraynanı məcburiyyət qarşısında tərk etmiş şəxslərə də şamil eidlir. Rusiya Federal Miqrasiya xidməti rəhbərinin səlahiyyətlərini həyata keçirən Yekaterina Yeqorovanın sözlərinə görə, yaşamaq icazəsi almaq insanlara yaşayış evi, gəldiyi yerə qeydiyyata düşmək və ipoteka krediti almaq imkanı verəcək.

O da qeyd edilir ki, qanun rəsmi dərc olunduqdan 90 gün sonra qüvvəyə minəcək.


/Yenises.ru/
17 düşməni məhv edib snayper gülləsinə qurban gedən şəhidimiz-FOTO
Son günlər cəbhədəki döyüşlərdə şəhid olan vətən oğullarından biri də müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadə olub. Adil Adilzadə Mingəçevirdə doğulub, cəbhədəki son silahlı qarşıdurmada qəhrəmancasına həlak olub.

Türkiyənin Rusiyadakı  səfirliyinin mətbuat müşaviri: Fuad Abbasovun  işdən çıxarılması "İhlas" agentliyinin daxili qərarıdır
Yenises.ru saytı Türkiyənin Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfirliyinə məktub göndərərək "İhlas" xəbər agentliyinin Moskvadakı müxbiri Fuad Abbasovun Rusiya televiziyalarndakı çıxışları ilə bağlı fikrilərini və işdən çıxarılması səbəbinin nəylə əlaqədar olacağı haqqında hər hansı bir məlumatlarının olub, olmadığını öyrənib.
Oleq Kuznetsov Facebook səhifəsindən  azərbaycanlı jurnalistlərə səsləndi
Ulya Əhmədova, çox sağ olun!!!

Rusiyada akkreditasiya olunan azərbaycanlı jurnalistlərə, belə insanlardan yazın dedi.

Bu gün Rusiya informasiya məkanında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyimizi müdafiə edənlərin qıtlığını çəkdiyimiz bir vaxtda Oleq Kuznetsov kimi həqiqəti deyənlər azdır. Tanınmış rusiyalı politoloq şəxsi Facebook səhifəsində özünü evdar qadın kimi təqdim edən azərbaycanlı xanımın indiki zamanda az-az adama məxsus olan hərəkətini təqdir edən status paylaşıb.
В МОСКОВСКОЙ ОБЛАСТИ ДАН ЭХСАН В ПАМЯТЬ ШЕХИДОВ, ПОГИБШИХ В КАРАБАХЕ - ФОТО
В городе Королеве Московской области России азербайджанская диаспора дала эхсан в память шехидов, погибших во время последних боевых действий на линии соприкосновения огня в Карабахе. Более 45 человек пришли почтить память доблестных сынов Азербайджана, павших смертью храбрых.

Jurnalist Fuad Abbasov işdən çıxarıldı -O , hamiya qarşı  tək dayansa da...
Fuad Abbasov-hamıya qarşı tək dayanan jurnalist...

Rusiya medaməkanında olayların gedişatından asılı olaraq Rusiya-Türkiyə arasında bohrana səbəb olmuş məlum Su-24 təyyarəsinin vurulmasından bu yana təktərəfli informasiya hücumları qarşısında tək dayanan jurnalist Fuad Abbasovu “İhlas” agentliyi işdən azad edib.

Bu xəbəri jurnalist şəxsi Facebook səhifəsindən paylaşıb.

MƏN SÜLH İSTƏMİRƏM...

MƏN SÜLH İSTƏMİRƏM...
Qarabağ  münaqişəsinin zəif bağı- Atəşkəs
Moskvada “Milli xəbərlər xidməti” (“Natsionalnaya slujba novostey”) NSN-də keçirilən “Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs: sülhü necə saxlamalı?” mövzusunda mətbuat konfransında iştirak edən ekspertlər müvəqqəti atəşkəsin yenidən qaynar fazaya keçməyəcəyinə kimsə zəmanət verə bilməz- fikrini səsləndirdilər.
“Bu gün Rusiya mediasında  “Azərbaycan məhəbbətli” mövqe yoxdursa... VİDEO
Moskvada “İntefaks” agetliyində keçirilən mətbuat konfransında Rusiya KİV-də Qarabağ münaqişəsinin birtərəfli işıqlandırılmasının Azərbaycan-Rusiya münasibətlərinə qarşı təxribat olduğu yekdil fikri səsləndi.

“Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrini Rusiyanın bəzi KİV-nin birtərəfli işıqlandırması dünya və Rusiyanın təhlükəsizliyi üçün son dərəcə ciddi təhdidir. Federal və ya digər KİV-də Rusiya vətəndaşlarını hərbi, ya başqa vasitələrlə iştiraka çağıran müraciətlərin səsləndirilməsi Rusiyanın bütövlüyünə təhlükə yaradır”.
SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?
Moskvada Kəlbəcərin işğalı cəbhədən gələn qaynar xəbərlər altında anıldı

1993-cü ilin aprelin 2-də Kəlbəcərin erməni qəsblarları tərəfindən işğal olunmasının 23-cü ildönümü ilə bağlı Moskvada keçirilən “dəyirmi masa” Vətəndən gələn Qarabağ cəbhəsində intensivləşən gərgin çatışma xəbəri ilə başladı.
ПРЕЗЕНТАЦИЯ
Сказать, что пишу эти строки в расстроенных чувствах--ничего не сказать. Вчера, 31 марта при достаточно большом скоплении народа в Овальном зале Всероссийской государственной библиотеки иностранной литературы имени М. И. Рудомино прошла презентация книги журналиста Саадат Кадыровой «О Сумгаитских событиях из первых уст». Организатором мероприятия выступил Общероссийская общественная организация «Всероссийский Азербайджанский Конгресс (ВАК)». Открыл мероприятие Владимир Андреевич Скороденко, ученый секретарь Библиотеки. Затем советник ВАК, член союзов писателей России и Азербайджана поэт Насиб Набиоглы приступил к ведению мероприятия. Он коротко рассказал об авторе книги, о том, какой резонанс вызвал интервью со старшим следователем по особо важным делам при Генеральной прокуратуре СССР с 1980 по 1992 год Владимиром Ивановичем Калиниченко. Автор книги Саадат Кадырова выступила с информацией о работе над материалом, о теплом, искреннем, дружелюбном отношении следователя к идее пролить свет на трагическую страницу нашей недавней истории. В. И Калиниченко подробно рассказал о периоде, предшествовавшем Сумгаитским событиям, о преступных действиях и бездействии тогдашнего союзного руководства и дал полный анализ процессов, происходящих в разных республиках СССР, какими методами и «инструкциями» работали представители центра, расследуя преступления почти тридцатилетней давности. Профессор Юрий Помпеев в своем выступлении говорил о толерантности азербайджанского народа, об интернациональном Баку, о необходимости беречь богатое культурное наследие. Затем от имени ВАК автора поздравили исполнительный директор Ильгар Гаджиев и студент РГУ Нефти и газа имени И.М. Губкина Джавидан Исмаилов.
Peskov: “Ərdoğanın mətbuat katibi olsaydım, bugünkü durumda istefa verərdim”
RF prezidenti V.Putinin mətbuat xidmətinin rəhbəri Türkiyə mətbuatını Moskvada təmsil edən tanınməş jurnalist Fuad Abbasovun ona ünvanladığı sualın cavabında bu sözləri deyib.

Azərbaycanlı jurnalist Kremlin mətbuat katibi Peskovun iştirak etdiyi “Pravo znat” (“Bilmək haqqı”) verilişində bilmək haqqı olduğunu soruşub.

Peskov, demək olar ki, sualların cavabında daha çox “mümkün deyil” ifadəsi ilə mümkünlərə şərt qoşaraq cavab verib.
Moskva ziyalıları  başsağlığı verir
Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli nasir, Xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən xəstəlikdən sonra mart ayının 22-də 81 yaşında dünyasını dəyişib.
Azərbaycanlı biznesmen Moskvada güllələndiMoskvanın Qərbində azərbaycanlı biznesmen güllələnib. Yerli sakinlərin verdiyi məlumata görə güllə səsini kimsə eşitməyib.

Soydaşımız gecə saatlarında evinin pəncərəsi altında öldürülüb, lakin meyidi səhər aşkar edilib. Qətlin sifarişli olduğu ehtimal edilir.

Moskva əməliyyatçıları Moskvanın qərbində baş verən qətli araşdırır. Qatillər Slavyan bulvarı parkındakı yeraltı qarajın qarşısında keşik çəkiblər.

Moskva şəhər istintaq idarəsi rəisinin baş köməkçisi Yuliya İvanovanın verdiyi məlumata görə gecə saat 3 radələrində biznesmen maşın qarajından çıxaraq yaşadığı binanın podyezdinə yaxınlaşıb. Onu burada killer gözləyirmiş.

Bu bayram  papaq ata bilmirəm, papağı Zəngilanda qoyub gəlmışəm...
Əziz həmvətənlər, bacı və qardaşlar və Ata yurdu viran olmuş köhnə zəngilanlılar! Bəlkə də bu gün çoxunuz təəccüb hissi keçirdiniz ki, balam, bu Şirvan hətta xristianları belə bütün dini bayramları münasibəti ilə təbrik etməyi özünə borc bilir, ancaq bizim məxsusiliyiilə seçilən, Zəngilanda Novruzdan da təntənəli qeyd edilən İlaxır Çərşənbəsində nə isə susdu. Bütün köhnə zəngilanlılar bilir ki, bizim «ÇƏRŞƏNBƏ» dediyimiz bu bayram uşaqlıq illərindən ən həsrətlə gözlədiyimiz bayram olub. Çünki bu bayramda mütləq nə isə təzə bir paltar, hətta corab da olsa belə, geyinməli idik. Bayramdan bir ay öncə «Yumurta döyüşünə» xüsusi hazırlıq görülürdü, kimi yumurtanı sementə basdırardı, kimi hind toyuğunun yumurtasının çillərini kimyəvi üsulla ağardardı, kimi taxta yumurta düzəldərdi, bir sözlə «Yumurta döyüşünün» öz qanunları, daha doğrusu qanunsuzluqları, və mütəxəssisləri var idi. Bayrama təxminən iki həftə qalmış hansısa qohumlardan birində olan «DUXOVKAYA» növbə tutulurdu ki, bayram şəkərburası və paxlavası bişirilsin. Bayrama bir neçə həftə qalmış qohumlardan birinin evində yığışıb qoz — cəviz sındırardıq. Kiminsə evində bir qozsındıran olardı, böyüklərdən kimsə onu işlədərdi, qalanlar isə — kimi çəkiclə, kimi kəlbətinlə, çoxu isə daşla qırardı qozu. Biz Bacıxanım mamamgilə (bibim) yığışardıq, Əcəb nənə, Sənəm xala, Hayqanuş xala, Sayat qoca, Hədiqa xala, Gülara xala, Cabbar dayının ailəsi — uşaqları, anası Gövhər nənə, yoldaşı Səfurə xala, bacısı Elmira, hamı yığışardı, biz uşaqlar qozu, fındığı qırardıq, qadınlar, qızlar isə söhbət-qeybət edə-edə təmizləyərdilər ləpəni. Bəzən qoz ləpələmə prosesi bir neçə gün davam edərdi. Sonra isə gözləyərdim ki, nə vaxt bizim duxovka növbəmiz çatacaq, növbə gələndə anam deyərdi ki, nənən qurban, get filankəsgildən Məhliqə xalanın duxovkasını al gətir. Duxovka gələn günü evdə bizim üçün toy-bayram olurdu, çünki, bişirilənlərin qırım-qırtısından, vaxtı ötürülüb bir az yanananında biz də yeyərdik. Əlbəttə ki, duxovka bir gündən artıq evdə qalmazdı, qalanda, demək sabah kimin üçünsə yenə bizdə bayram şirniyyatı bişiriləcəkdi. Duxovka evdən gedəndən sonra həsrət ilə ilaxır çərşənbənin gəlişini gözləyirdik, çünki son günə qədər bişirilənlərə əl vurmaq olmazdı…
Круглый стол в Московском доме национальностей FOTO
15 марта, в стенах Московского дома национальностей состоялся круглый стол на тему: "Женщина, семья и общество. Роль женщин в современном мире: проблемы и перспективы". Мероприятие, организованное Центром азербайджанско-русской культуры и солидарности, началось с приветственного слова исполнительного директора организации, Мехмана Шукюрова, в котором он поприветствовал всех собравшихся гостей и выразил благодарность каждому участнику круглого стола.

В НИЖНЕМ НОВГОРОДЕ ПРЕЗЕНТОВАНА МЕЖДУНАРОДНАЯ КАМПАНИЯ «СПРАВЕДЛИВОСТЬ ХОДЖАЛАМ» (ФОТОЛЕНТА)
В Нижнем Новгороде прошло траурное мероприятие, посвященное 24-ой годовщине Ходжалинского геноцида. Мероприятие, в рамках которого состоялась презентация международной кампании «Справедливость Ходжалам», было организовано региональными отделениями Азербайджанского молодежного объединения России (АМОР) и Всероссийского Азербайджанского Конгресса (ВАК) в Нижнем Новгороде.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru