SSRİ-nin II Dünya Müharibəsindəki rolu haqqında yalana görə cəza qanunu


Aprelin 6-da Dövlət Duması II Dünya Müharibəsində SSRİ və Almaniyanın əhəmiyyətini eyniləşdirən və faşizmin məğlub edilməsində sovet xalqının həlledici rolunu inkar edənlər üçün cərimələr haqqında qanun (No8791-8) qəbul edib.

SSRİ və Almaniyanın qələbədə rolunun eyniləşdirilməsinin qadağan olunması haqqında qanunu 2021-ci ilin yayında Rusiya prezidenti Vladimir Putin imzalayıb. Bu qaydaların effektiv olması üçün onların pozulmasına görə cərimələr tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər Dövlət Dumasının Mədəniyyət Komitəsinin rəhbəri Yelena Yampolskaya və palatanın birinci vitse-spikeri Aleksandr Jukov da daxil olmaqla bir qrup deputat və senator tərəfindən hazırlanıb.

İkinci Dünya Müharibəsində SSRİ və Almaniyanın rolunu eyniləşdirən və faşizmin məğlub edilməsində və Avropanın nasistlərdən azad edilməsində sovet qoşunlarının əhəmiyyətini inkar edən vətəndaşları 1000-2000 rubl məbləğində cərimə və ya 15 günə qədər həbs gözləyir. Eyni pozuntuya görə təşkilatlar 10.000-30.000 rubl, vəzifəli şəxslər isə 1000-dən 4.000 rubla qədər cərimə ilə üzləşəcəklər. Vətəndaşlar üçün təkrar pozuntuya görə maksimum cərimə 5000 rubl, vəzifəli şəxslər üçün – 20.000, təşkilatlar üçün – 100.000 rubl olacaq. Həmçinin məmurlar 6-12 ay müddətinə diskvalifikasiya oluna, qurumun fəaliyyəti isə 90 gün müddətinə dayandırıla bilər


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir