Suriyanın raket mərmisi Livana düşdü


Suriyanın  raket mərmisi  Livana düşdü
Suriyadan atılan raket mərmisi Livan-Suriya sərhəddindəki Halid vadisində bir kəndə düşdüyü iddia edilir.
Yerli mənbədən verilən məlumata görə Livan-Suriya sərhəddi Böyük Nehir ətrafındakı Halid vadisindəki el-Mugible ve el-Bagia qəsəbələrinə düşən raket mərmisindən bəzi evlər zərər görüb.

Zərər görən ev sahibləri evlərini tərk edərək qohumlarıgilə sığınıblar. Qəsəbə camaatı Livan ordusundan bu tipli hadisələrin qarşısını almasını və mallarının qurunması üçün müdaxilə etməsini istəyib.

Halid vadisinə daha əvvəlllər də raket düşdüyü bildirilmiş, Suriya ordusu tərəfindən verilən açıqlamada isə atılan mərmilərin Suriyadan qaçaraq Livanda silah qaçaqmalçılğı ilə məşğul olaraq Suriya müxaliflərinə yardım edən terrorçu qrupları hədəfə aldığı irəli sürülmüşdü.

/Yensies.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir