Türk işadamları Ukraynada uşaq evi tikdilər


Türk işadamları Ukraynada  uşaq evi tikdilər
Ukraynada fəaliyyət göstərən Türk Ukrayna İşadamları Dərnəyinin (TUİD) yardımı ilə liman şəhəri olan Odessada ən böyük uşaq evlrinidən biri yenidən bərpa edilib istifadəyə verilib.

Bərpa edilən uşaq evinin açılışında Türkiyənin Ukraynadakı səfiri Mehmet Samsar, Odessa şəhər bələdiyyə başçısı Aleksey Kostuyev, Odessadakı türk konsulu Hüseyn Ərgani və TUİD-nin rəhbəri Cem Murat Aytac və bir çox sayda Ukrayna və Türkiyə iş adamları iştrak edib.

Uşaq evinin balaca sakinləri açılış mərasimində bir-birindən maraqlı çıxışları ilə iş adamlarına minnətdarlıqlarını bu şəkildə bildiriblər. Türk iş adamları tərəfindən “Soneçko” uşaq evinə edilən yardım 150 min dollardan çox olub.

Səfir Samsar açılış mərasimindəki çıxışında -Başqa ölkələrdə fəaliyyət gözstərən iş adamları olduqları ölkələrin sosial həyatında cox nadir hallarda iştirak edir və orada müvəqqəti olduqlarını düşünürlər. Ukraynada isə bu fərqlidir. Bu gün həyata keşirilən bu tədbir bunun bariz nümunəsidir-deyə qeyd edib.

Mehmet Samsar bu tipli yardım layihələrinin davamlı omasını arzu edərək türk iş adamlarına təşəkkürünü bildirib.

Odessa şəhər Bələdiyyə başçısı Aleksey Kostuyev son illərdə heç bir xarici iş adamının xeyriyyə məqsədi ilə belə bir təşəbbüs həyata keçirmədiyini vurğülayaraq Türk Ukrayna İşadamları Dərnəyinə təşəkkürünü ifadə edib.
“İşadamlarının sosial problemlərin həllində yardım göstərməsi təqdir edilməli haldır. Türk dostlarımıza təşəkkür edirəm”-deyib A. Kostuyev.

TUİD-nin rəhbəri Cem Murat Aytac bu layihəyə 50 min şirkət və iş adamının yardım etdiyini bildirərək, uşaq evinə 6 yeni otaq, mətbəx və karantin zalı tikilib təhvil verildiyini, lazimi texniki avadanlıqlar , mebellərlə tam təchiz olundugunu qeyd edib.
C.M.Aytac -“Biz Ukraynada yaşayan türklər olaraq bu layihələrimizi gələcəkdə də davam etdirəcəyik. Bu il Jitomir və Xarkovda kiçik layihələr həyata keçirəcəyik. 2013-cü ildə isə paytaxt Kiyev-də böyük bir xeyriyyə layihəmiz var”-deyib.
Onu da xatırladaq ki, uşaq evinin müdiri Olqa Panteleyeva açılışdan qabaq verdiyi açıqlamada 20 ildir burada çalışdığını və bu həcmdə yardım almadıqlarını söyləyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir